Ermənilər Şuşadan oğurladıqları xalçalara yer axtarırlar

16:39 09-02-2022 | icon 325 | Qarabağ
Ermənilər Şuşadan oğurladıqları xalçalara yer axtarırlar

Ermənistanda II Qarabağ Müharibəsi zamanı Şuşadan oğurlanıb aparılan qiymətli xalçalarla bağlı məsələ parlament üzvlərinin gündəmində müzakirə olunmaqdadır.



Versus.Az xəbər verir ki, parlamentin “Ermənistan” fraksiyasının deputatı Elinar Vardanyan bu gün xatırladıb ki, müharibə zamanı Şuşadan 170-ə yaxın qiymətli xalça çıxarılıb.

 

O, qeyd edib ki, bu xalçalar müvəqqəti olaraq Aleksandr Tamanyan adına Milli Memarlıq Muzey-İnstitutunda saxlanılır. İnstitut isə xəbərdarlıq edib ki, xalçalar harasa köçürülməlidir.

 

Deputat təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Ara Xzmalyandan bu prosesin hansı mərhələdə olduğunu, xalçalar üçün xüsusi sahənin ayrılıb-ayrılmadığını soruşub.

 

Xzmalyan bildirib ki, “kolleksiyanın sahibi” ilə bir neçə dəfə görüş keçirilib və vəziyyət belədir: bütün qiymətli əşyaların bir məkanda təqdim edilməsi planlaşdırılır, çünki zəngin ekspozisiya təqdim olunanda ziyarətçi axını daha çox olur.

 

“Biz bu xalçaların nümayişinin zəruriliyini, siyasi əhəmiyyətini dərk edərək, mövcud və ən yaxşı aparıcı muzeylərdə sərgi təşkil etməyi təklif etdik. Düşünürəm ki, bu gün daha yaxşı həll yolu təklif etmək çətindir. Əks halda, biz yeni muzey tikməliyik, bəlkə bu, müzakirə mövzusudur, bilmirəm”, - deyən nazir müavini hazırda xalça sərgisinin təşkili üçün ən yaxşı yerin hara olduğuna qərar verdiklərini qeyd edib.

 

“Mülki müqavilə” fraksiyasının deputatı Sisak Qabrielyan bildirib ki, gələn həftə xalçalarla bağlı beynəlxalq tərəfdaşlara müraciət etmək planlaşdırılır.
 

Qeyd edək ki, ermənilərin Şuşa Xalça Muzeyindən oğurladığı xalçaların ən qədiminin 350 yaşı var.

Ermənistan ənənəvi oğurluq sayəsində ələ keçirilən xalçaları dünyaya öz mədəniyyət nümunəsi kimi təqdim edir. /modern.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür