Təmsilçisi final mərhələsində mübarizə aparacaq

08:07 10-02-2022 | icon 411 | İdman
Təmsilçisi final mərhələsində mübarizə aparacaq

Azərbaycanı Pekin-2022 Qış Olimpiya Oyunlarında təmsil edən fiqurlu konkisürən Vladimir Litvintsev bu gün final mərhələsində çıxış edəcək.

 

21 yaşlı idmançı sərbəst proqramda II qrupda mübarizə aparacaq.

 

Litvintsev Bakı vaxtı ilə saat 05:30-da start götürəcək yarışda ilk "6-lıq"dan sonra 7-ci sırada məharətini göstərməyə çalışacaq.

 

Azərbaycan təmsilçisinin yer aldığı qrupda Brendan Kerri (Avstraliya), Denis Vasilyev (Latviya), Mark Kondratyuk (Rusiya Olimpiya Komitəsi), Adam Siao Him Fa (Fransa) və Matteo Ritso (İtaliya) da var.

 

Litvintsev qısa proqramda 84,15 xalla 18-ci olub və “24-lüy”ə düşməyi bacardığı üçün sərbəst proqramda iştirak hüququ qazanıb. Turnirin qalibi hər iki proqram üzrə xalların cəminə görə müəyyənləşəcək.

 

Qeyd edək ki, Azərbaycanın qadın fiqurlu konkisürəni Yekaterina Ryabova fevralın 15-də məharətini göstərəcək. Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı