Şimali Koreyadan gərginlik yaradacaq açıqlama

08:12 10-02-2022 | icon 375 | Dünya
Şimali Koreyadan gərginlik yaradacaq açıqlama

Şimali Koreyanın Xarici İşlər Nazirliyi ABŞ ilə gərginliyi artıracaq yeni açıqlama yayıb.

 

Bildirib ki, hidrogen bombaları, qitələrarası ballistik raketlər və hipersəs raketləri ABŞ materikinin əhatə dairəsindədir və dünyanı silkələyə bilər:

 

“Bir çox ölkələrin ABŞ-a boyun əymək və kor-koranə itaət etməklə vaxtlarını itirdiyi müasir dünyada bizim bu planetdə yeganə ölkəyik ki, ABŞ materikinin əhatə dairəsində raket ata, dünyanı sarsıda bilərik. Hidrogen bombaları, qitələrarası ballistik raketlər və hipersəs raketləri ixtiyarımızdadır”.

 

Eyni zamanda, qeyd edilib ki, son raket sınaqlarını “fövqəladə uğurlar”dır, lakin ölkə son nəticədə “müharibədən çəkindirmə”yə maraqlıdır.

 

Bəyanata cavab olaraq ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, Vaşinqton Pxenyanı “beynəlxalq sülh, təhlükəsizliyə və nüvə silahlarının yayılmaması rejiminə təhdid” kimi görür, lakin ABŞ-ın bu ölkəyə qarşı heç bir düşmən niyyəti yoxdur.

 

Şimali Koreya təkcə bu il yeddi raket sınağı keçirib, onların əksəriyyəti Yapon dənizinə atılıb.

 

Ölkə ötən həftə 2017-ci ildən bəri ilk dəfə “Hwasong-12” orta mənzilli ballistik raketini sınaqdan keçirdiyini təsdiqləyib.

 

Ehtimal olunur ki, raket ABŞ-ın Quam ərazisini vura bilər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...