Daha bir futbolçumuz Polşa çempionatında oynayacaq

15:14 11-02-2022 | icon 619 | İdman
Daha bir futbolçumuz Polşa çempionatında oynayacaq

Azərbaycanın daha bir futbolçusu Polşada legioner karyerası yaşayacaq.

 

Versus.az xəbər verir ki, bu, “Qarabağ”ın sabiq futbolçusu Riad Abbaszadədir.

 

O, Polşanın IV divizionunda çıxış edən və Pşisuxa şəhərini təmsil edən “Oskar” klubuna keçib. Klub həm də Tomaşuf Mazovyetski “Lexiya”sından Mivoş Qjesinskini transfer etdiyini açıqlayıb.

 

Futbolçumuz artıq fevralın 9-da oyuna da çıxıb. O, yuxarıda adıçəkilən “Lexiya”ya qarşı yoxlama oyununa start heyətdə çıxıb (1:4). Riad 58-ci dəqiqədə Patrik Fiqarski ilə əvəzlənib. “Oskar” növbəti yoxlama oyununu sabah Staraxovitse şəhərində yerli “Star” komandasına qarşı keçirəcək.

 

Qeyd edək ki, 21 yaşlı Riad Abbaszadə yarımmüdafiəçidir. Daha əvvəllər I divizionda “Şüvəlan”da (keçmiş AZAL klubu) və “Keşlə” klubunun əvəzedicilərində oynamış Riad ötən mövsüm “Qarabağ”ın ikinci komandasında çıxış edib və 1 qol vurub.

 

Xatırladaq ki, daha əvvəl Saşa Yunisoğlu, Mahir Emreli, Fuad Bayramov kimi futbolçularımız Polşada legioner karyerası yaşayıb. Hazırda isə Plotsk “Visla”sında millimizin Ukrayna əsilli müdafiəçisi Anton Krivotsyuk çıxış edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı