"Erkin müəllim, Ramiz müəllim yıxılmayıb, bir az büdrəyib"

19:27 13-02-2022 | icon 437 | Siyasət
"Erkin müəllim, Ramiz müəllim yıxılmayıb, bir az büdrəyib"

Razi Nurullayev: "Yaltaqlanan insan özündən başqa heç kimə xeyir verə bilməz"

 

"Hörmətli Erkin Qədirlini tanıdığım qədər səmimi insandır. Ancaq bu fikrinin reallığı əks etdirməsi ilə razı deyiləm. Mən də yıxılanı baltalamağın tərəfdarı deyiləm və bunu etmirəm. Birmənalı olaraq. Cəsarəti olan, məmurun vəzifədə olduğu zamanda tənqid etsin. Nə var yıxılanı vurmağa? Razıyam ki, bizdə yıxılanı vurmağa meyllənən çoxdur. Yıxılsaydı, bu qədər insan ona qarşı birləşər və va birləşdirilərdimi?"

 
 
Versus.Az xəbər verir ki, bunu deputat Erkin Qədirlinin Ramiz Mehdiyev haqqında "yıxılanı baltalamaq doğru deyil" fikirlərinə münasibət bildirərkən deyib.
 
 
Razi Nurullayev onu da vurğulayıb ki, hörmətli Ramiz Mehdiyev yıxılmayıb axı:
 
 
"Təhlükəsizlik Şurasının üzvüdür Ramiz Mehdiyev. O boyda AMEA-nın Prezidentidir və hələ də qılıncı itidir. O, yıxılan zaman bütün ətrafı, qohum-əqrabası da yıxılacaq. Bu, ölkəmizin reallığıdır. Amma mən qohumların, oğul-uşağın valideyinə görə cəzalandırılmasına qarşıyam və qəti mövqeyimdir. Gərək hər kəs vəzifədə olanda elə hərəkət eləsin ki, düşmən qazanmasın, xalqa düşmən kəsilməsin, çörək verənə də arxa çevirib lovğalıq etməsin".
 
 
R.Nurullayev açıqlamasında E.Qədirliyə xitabən "belə ki, əzizim Erkin müəllim, Ramiz müəllim yıxılmayıb, bir az büdrəyib" deyərək vurğulayıb ki, R.Mehdiyev gərək xalq üçün də çalışardı, kasıba da həyan olardı, bu gününü də düşünərdi, o zaman ona qarşı indiki hərəkətlər olmazdı:
 
 
"Bu gün xalqa arxa çevirən onlarla məmur var. Özləri üçün çalışır və bir də özündən böyüklərdən sağol qazanmaq istəyir. Başa düşmür ki, özündən yuxarıdakını sevirsənsə və səmimi yaltaqlıq edirsənsə, o zaman elə işlə ki, xalq da səndən yuxarıdakına sağ ol desin. Yoxsa ki, sənin yaltaqlanmağına nə ehtiyac? Yaltaqlanan insan özündən başqa heç kimə xeyir verə bilməz. Xalqa arxa çevirəni yəqin ki, Allah da bağışlamaz".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI