Xırdalanın 7 saylı məktəbində “Mənim Abşeronum”

17:40 24-12-2018 | icon 620 | Təhsil
Xırdalanın 7 saylı məktəbində “Mənim Abşeronum”

 

Abşeron rayonunun yaradılmasının 55 illik yubileyi ərəfəsində Xırdalan şəhər 7 saylı tam orta məktəbdə “Mənim Abşeronum” adlı tədbir keçirilib.

 

Versus.Az-ın məlumatına görə, sinifdənxaric və məktəbdənxaric işlər üzrə direktor müavini Ayna Məmmədovanın təşkilatçılığı və aparıcılığı ilə keçirilən tədbirin ssenarisini Azərbaycan dili və Ədəbiyyatı müəlliməsi Aynurə Rəcəbova yazıb, texniki məsələlərə isə Musiqi müəlliməsi Pərvin Əşari yardımçı olub.

 

Tədbirdə Şövkət Ələkbərovanın ifasında Nəbi Xəzrinin sözlərinə yazılmış “Qəlbimdə Qaldı” mahnısı səsləndirilib, Abşeron rayonu haqqında slayd nümaiş etdirilib.

 

Daha sonra məktəblilər hər biri ayrı-ayrılıqda Abşeron rayonuna aid olan qəsəbələr haqqında ətraflı məlumat veriblər.

Şagirdlər Aynurə və Pərvin müəllimənin ssenarisi ilə hazırlanmış müxtəlif nömrələr, səhnəciklərlə çıxış edərək Abşeron kənd və qəsəbələrində dünya miqyasında tanınan onlarca dövlət xadimi, şair, dramaturq, aktyor, rəssam, incəsənət adamlarından bəhs ediblər. Onlar Abşeron rayonuna yazmış olduqları şeirləri söyləyib, müalicəvi xüsusiyyəti ilə dünyaca məşhur Abşeron neməti olan zəfərana bəstələnən mahnı-rəqsi ilə tədbirə rəng qatıblar.

 

Tədbirin sonunda çıxış edən məktəb direktoru Zemfira Orucova öncə Prezident İlham Əliyevi məktəb kollektivi adından ad günü münasibətilə təbrik edib, ona cansağlığı arzulayıb. Direktor bildirib ki, ölkə başçısının apardığı uğurlu siyasət və qayğısı sayəsində Abşeron rayonunda da böyük, nəzərəçarpacaq dərəcədə abadlıq işləri görülüb. Məktəb direktoru vurğulayıb ki, bu inkişaf özünü o cümlədən ümumtəhsil sahəsində də göstərib.

 

Z.Orucova qeyd edib ki, öz şan-şöhrəti, füsunkar təbiəti, tükənməz təbii sərvətləri ilə Azərbaycanı dünyaya tanıdan, ona baş ucalığı gətirən Abşeron rayonu əzmkar rayon rəhbərliyinin əməyi nəticəsində daim parlaq zirvələrə ucalır.

Yelmar Nəbiyev
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”