Kişilərdən çox qadınların DİQQƏTİNƏ

10:07 15-02-2022 | icon 739 | Sağlamlıq
Kişilərdən çox qadınların DİQQƏTİNƏ

Nərminə Abbasova: “Bu mərhələdə selülit aktiv inkişaf dövrünə başlayır”

 

Selülitin nəyə bənzədiyini bilirsiniz? - kəsmiyə. Ancaq bunun tam olaraq nə olduğunu və bundan necə xilas olacağınızı bilmirsiniz. Müşahidələr görə, qadınların 90% -dən çoxunda selülit var.

 

Selülitdən necə qurtulacağınıza gəldikdə... Gəlin mövzumuzla bağlı ailə həkimimizi dinləyək. MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi NƏRMİNƏ ABBASOVA Versus.Az-ın oxucularına selülit haqqında danışacaq və ondan necə qurtulmağın yollarını göstərəcək.

 

Nərminə xanım öncə onu vurğuladı ki, burada genetika da əsas rol oynayır, çünki selülitin meydana gəlməsi üçün müəyyən genlər olmalıdır. Beləliklə, əgər sizin ananızda selülit varsa, deməli, sizdə də olacaq. Əgər yoxdursa, ananıza minnətdar ola bilərsiniz. Həkimin sözlərinə görə, selülit budlarda meydana gələ bilər, çünki bu bölgədə daha çox yağ toxuması olur:

 

“Yəqin razılaşarsınız ki, selülit kimi bir problemi olan hər qadın bu problemi yaşayan bir başqa qadınla qarşılaşdıqda onun da bu bəladan xilas olmasına çalışır. Və bildiyi xilasedici üsulları sadalayır. Ancaq bu əhəmiyyətli problemi həll etməzdən əvvəl sellülitin hansı formada olduğunu və ondan necə qurtulmağın yolunu bilmək lazımdır.

Qeyd edim ki, selülit, ilk növbədə, qadının həyat tərzi və qidalanması ilə bağlı problemdir. Bütün bunlar bədənin fəaliyyətinə təsir göstərir.

Öncə selülitin səbəbini və onun aradan qaldırılmasını nəzərdən nəzərdən keçirmək lazımdır. Selülitin görünüşü portağal qabığını xatırladırsa, bilməliyik ki, bu görünüşün ən əsas səbəbləri passiv həyat tərzi (oturaq iş, saatlarla televizor, kompyuter qarşısında oturmaq və s.), zərərli qida və tez-tez qəlyanaltılar, siqaret çəkmə, spirt içmək və daimi stressdir”.

 

Həkim terapevt bildirdi ki, bu səbəblər üzündən orqanizmdə bir balanssızlıq meydana gəlir. Bu zaman isə bədənin içində sıvının yayılması və şlakların aradan qaldırılması çətinləşir. Nəticədə selülitin inkişafı üçün ideal bir mühit yaranır.

 

Nərminə xanım onu da vurğuladı ki, dəridə bu çirkin tüberklərin səbəbi tək şlaklar deyil:

 

“İkinci səbəb toksinlərdir. Toksinlər və şlaklar müntəzəm olaraq bədəndən təmizlənməlidir. Onlardan qurtuluşun yolu qidalara, idman və pəhrizə ciddi riayət etməkdən keçir. Amma etiraf etmək lazımdır ki, bir çoxumuz bu qaydalara əhəmiyyət vermirik. Belə demək mümükünsə, müasir pəhrizlər toksinlərdən qurtulmağa kömək edə bilməz. Mən selülitdən qurtula bilməməyin səbəbləri kimi iki problemin üzərində dayanıram - fiziki fəaliyyətin olmaması və tamamilə lazımsız yeməklər. Beləliklə də selülit adlı məşhur bir şəkil alırıq”.

 

Həkim deyir ki, selülitin bədənimizdə məskən salmaması üçün hər şeydən öncə diyetimizi tamamilə dəyişdirmək, yəni tərkibi yağ və karbohidratlarla zəngin olan bütün qidaları menyudan çıxartmaq, vitamin və liflərdən ibarət yüksək qidalara önəm vermək lazımdır:

 

 

“Ancaq unutmayın ki, bu xəstəlikdən xilas olmaq üçün sağlam qida kifayət deyil. Xatırladım ki, ikinci böyük problem fiziki fəaliyyətin olmamasıdır. İdman zalına getməklə, yaxud elə ev şəraitində əzələləri bərkidən hərəkətlər etməli, hər gün bu hərəkətlərin sayını artırmaq lazımdır.

Qeyd edim ki, selülitin dörd əsas mərhələsi var. Ən asan mərhələlərdən biri arxa və budda şişkinliklə ortaya çıxır. Şişkinlik hüceyrələrarası maye içərisində toksinlərin yığılmasından xəbər verir.

Əzələ gərginliyi, yağlı yataqların sıxılması yağ toxumalarında olan mayenin daha çox olmasına, damarlara təzyiqə və şişmənin artmasına səbəb olur. Dərinin "portağal qabığı" görünüşü əzələlərin rahat vəziyyətində belə özünü göstərir. Bu isə mayenin artıq arteriyalara təzyiq etməsindən və oksigenin alınmasında maneə yaranmasından xəbər verir. Bu mərhələdə selülit aktiv inkişafına başlayır. Bununla yanaşı, son mərhələdə dəri tuberozluğu artıq çox aydın görünür. Hətta bu sahələrə toxunarkən ağrı verir”.

 

Həkim terapevt bildirdi ki, hər hansı mərhələdə olursa olsun, sellülitdən xilas olmağa cəhd edilməlidir. Onun sözlərinə görə, fitnes, yoqa, evdə dəri baxımı və əlbəttə peşəkar salonlarda anti-selülit masajı kömək edir:

 

“Əlbəttə ki, hər şey göründüyü qədər ağır deyil. Selületin birinci və ya ikinci mərhələsindəsinizsə, problemlə evdə asanlıqla öhdəsindən gələ bilərsiniz. Ən vacib məsələ problemli sahələrin aktiv masajıdır. Amma selülitin üçüncü mərhələsidirsə, masajlar, hamamlar və kremlər kifayət olmayacaq. Bu zaman daha aktiv şəkildə idmanla məşğul olmaq lazımdır. Bunun üçün mütləq idman zalına getmək lazım deyil, elə evdə də mümkündür”.

 

 

 

DİQQƏT!

 

Həkim terapevt Nərminə Abbasova selülitdən əziyyət çəkənləri hərtərəfli müalicə olunmaları üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.

 

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Nəsibə Zeynalovanın doğum günüdür