Saxta sənədlərlə miqrasiya işini təşkil edənlər SAXLANILDI

12:27 15-02-2022 | icon 343 | Hadisə
Saxta sənədlərlə miqrasiya işini təşkil edənlər SAXLANILDI

Bir ofisdən 97 möhür aşkarlanıb

 

“Şəxslərə saxta sənədlər hazırlamaqla qanunsuz miqrasiyanın təşkilinə şərait yaradan şəxslər aşkarlanıb”.

 

Versus.Az xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov bildirib.

 

Onun sözlərinə görə, Bununla bağlı cinayət məcəlləsinin müxtəlif maddələri ilə yeddi nəfər təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib:

 

“Bununla yanaşı sözügedən məsələ ilə bağlı 10 nəfər axtarışa verilib. Təqsirləndirilən şəxslərin dindirilmə prosesində faktlar aşkarlanırsa, biz bu araşdırmanı davam etdiririk. Miqrant kimi xarici ölkələrə getdiyi sənədlərdə qanunsuzluq aşkar edilirsə, şəxs cinayət məsuliyyəti daşıyır. Eyni zamanda sənədlərin saxtalaşdırmasında iştirak edən şəxslər də məsuliyyətə cəlb edilir. Tərəfimizdən aparılan araşdırmalar nəticəsində bu kimi prosesdə yalnız bir ofisdə 97 ədəd möhür aşkarlanıb. Bu möhürlərdən istifadə edilərək tərtib edilmiş ölkəni tərk etməyə çalışan vətəndaşların sabit iş yerinin olması, müalicə məqsədilə ailə üzvlərinin ölkəni tərk etməsinə dair sənədlər aşkar edilib.

 

Artıq fevral ayında bu istiqamətdə bir sıra cinayət işlərinin məhkəməyə təqdim edilməsi təmin ediləcək. Bununla bağlı Dövlət Miqrasiya Xidməti ilə sıx əməkdaşlıq edirik. Xatırlatmaq istəyirik ki, bu kimi qanunsuzluqlara yol verən şəxslər Cinayət Məcəlləsinin 318-1-ci maddəsi ilə cinayət məsuliyyəti daşıyır. Nəinki sənədləri saxtalaşdıranlar, eləcə də onlara müraciət edən şəxslər də məsuliyyətə cəlb olunurlar”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür