Kəlbəcərdə beş su elektrik stansiyasının yenidən qurulmasına başlanılacaq

17:14 15-02-2022 | icon 438 | Qarabağ
Kəlbəcərdə beş su elektrik stansiyasının yenidən qurulmasına başlanılacaq

“Yaxın perspektivdə Laçında və digər ərazilərdə 110 kV-luq yarımstansiyaların və əlaqələndirici xətlərin çəkilməsi və Qarabağın dairəvi elektrik təchizat sxeminin gerçəkləşdirilməsi nəzərdə tutulub”.

 

Versus.Az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev məlumat verib.

 

Onun sözlərinə görə, bir sıra istiqamətlərdə yeni xətlərin çəkilişinə başlanılacaq:

“Yaxın zamanda Cəbrayıl ilə Ağcabədidən 130 km, İmişlidən isə 132 km məsafədə 330 kV-luq xəttin çəkilməsi planlaşdırılır.

 

O cümlədən Cəbrayılda və Naxçıvanda 330 kV-luq yeni yarımstansiyanın tikilməsi, Zəngəzur dəhlizindən keçməklə Naxçıvana 330 kV-luq xəttin çəkilməsi və Kəlbəcərdə beş yerdə kiçik su elektrik stansiyasının yenidən qurulmasına başlanılacaq. Bu layihənin icrası ilə Xudafərin və Qız qalası layihələri ilə yanaşı Naxçıvanın ölkənin ümumi enerji sistemi ilə əlaqələndirilməsi təmin ediləcək.

 

Naxçıvandan isə Türkiyə və Avropaya elektrik enerjisi ixracının həyata keçirilməsi mümkündür. 2021-ci ildə Qarabağ və Şərqi Zəngəzurda ümumi gücü 20 meqavatdan artıq olan dörd Elektrik Stansiyası “Güləbird” SES (Laçın), «Suqovuşan-1», «Suqovuşan-2» və «Kəlbəcər-1» yenidən qurulub. 2021-ci ildə Qarabağ və Şərqi Zəngəzurda 110/35/10 kV-luq 9 rəqəmsal yarımstansiya – “Şuşa”, “Füzuli”, “Kəlbəcər”, “Cəbrayıl”, “Zəngilan”, “Qubadlı”, “Ağdam-1”, “Ağdam-2” tikilib və “Şükürbəyli” yarımstansiyası genişləndirilərək tam yenidən qurulub”.

 

“Şükürbəyli” yarımstansiyasından iki istiqamətdə - Şuşaya 75, Zəngilana 110 km, Daşkəsəndən Kəlbəcərə 70 km, Xındırıstandan Ağdama isə 35 km məsafədə ikidövrəli olmaqla 110 kV-luq ötürmə xətti çəkilib”, - deyə T.Abdullayev qeyd edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür