"Kreslo davası aparmaq olar, amma..."

17:42 15-02-2022 | icon 508 | Siyasət
"Kreslo davası aparmaq olar, amma..."

Razi Nurullayev: "Xeyli problemlər, işinin öhdəsindən gəlməyənlər var"

 

"Heç zaman deməmişəm ki, hamı rüşvətxor, hamı ucdantutma dövləti, büdcəni talayır. Amma həm də demirəm ki, hər kəs doğru-dürüst işləyir. Xeyli problemlər var, işinin öhdəsindən gəlməyənlər var".

 

Versus.Az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı Milli Cəbhə partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

 

O, bildirib ki, ucdantutma hər kəsi hədəfə almaq yolverilməzdir:

 

“Məqsəd isə birdir. Prezident İlham Əliyevi, Birinci Vitse-prezident Mehriban Əliyevanı hədəf almaq, hörmətdən, gözdən salmaq. Bu isə dünyada işlənmiş metodologiyadır. Rəhbər gözdən salınanda xalq küçələrə axışır. İstək isə budur. Xalq küçələrə axışsın, yıxıb-töksün və rəngli inqilab baş versin. Mən Milli Cəbhə Partiyasının sədriyəm, bu hökumətə, bu iqtidara az qala radikal müxalifətdəyəm. Amma, Azərbaycan adlı dövlətimizə, azərbaycanlılara müxalifətçilik edə bilmərəm. Hazırda Prezidentə qarşı aparılan iyrənc kampaniyanı ölkəmiz və gələcəyimiz üçün ziyanlı hesab edirəm. Biz hələ Qarabağ yarasını tam həll edə bilməmişik, Xankəndində erməni birləşmələri var, Ermənistanla sərhədlərimiz müəyyən edilməyib, Zəngəzur dəhlizi ilə bağlı işlər yekunlaşmayıb, Naxçıvana quru sərhəddi əldə edə bilməmişik. Bu gün bizi rahatladan Şuşa bəyannaməsidir. Onun imzalanmasına kim nail olub? İndiki Prezident. İndiki Prezident də başlanan işləri daha rahat sona çatdırmaq imkanındadır, Qarabağa böyük qayıdış həyata keçirilmədən zəfərimiz tam deyil. İndiki halda bunu həyata keçirə bilən və dünya güclərinin qarşısında dözmlə dayana bilən odur. Haqqı niyə deməyək ki?”.

 

Deputat qeyd edib ki, siyasi mübarizəni Konstitusiya çərçivəsində aparmalı, seçki yolu ilə məqsədlərə nail olunmalıdır:

 

"Ölkəni 90-cı illərə sürükləməyək, qanlı inqilablarla ölkədə dəyişikliyə çalışmayaq. Bu, ölkəni məhv etmək, əzmək və nail olduqlarımızın üzərindən birdəfəlıik xətt çəkməkdir. Təklif edirəm ki, bu məsələləri hər zaman ara-sıra müzakirə edək və ümumi olaraq isə bu məsələyə aid xüsusi bir iclas keçirək. Biz də danışaq, biz də müzakirə edək. Belə olmasın ki, onlar danışır, təhqir edir, biz dinləyirik. Sonra gec ola bilər. 2010-cu illərin ab-havası yaranır. Bütün narazı təbəqələri səfərbər edirlər. Şəhid anaları, ataları, bacı və qardaşları ilə işlər aparılır. Biz konkret məsələlər üzrə işlər aparıb xalqın sosial rifahının yaxşılaşmasına nail olaq, siyasi və vətəndaş cəmiyyəti insitutlarını, demokratik təsisatları gücləndirək. Bizim güclü, Titan kimi dövləti çiyinlərində saxlayan alt-yapımız olmalıdır. Ukraynada baş verənlərdən dərs almaq istəməyənlər bu dövləti sevməyənlərdir. Kreslo davası aparmaq olar, amma o kresloda xalqın seçdiyi adam oturmalıdır. Vəssalam!”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol