Hər gün 3 litr su için


Hər gün 3 litr su içməyin faydalarından təəccüblənəcəksiniz. Bu addımı atanlar səhhətlərində, çəkilərində və bədənlərində gözəçarpan dəyişikliklərin şahidi olublar.
Möcüzəvi bir şey yoxdur, belə ki, su orqanizmimizin düzgün fəaliyyətini təmin edir. Su oynaqları, onurğa beynini və gözləri qoruyan maddədir. Onlar isə ümumi sağlamlığımızda ən əhəmiyyətli rolları oynayır.
Gündə 3 litr su içməyi vərdiş halına çevirənlər aşağıda sadalanan faydaların şahidi olur:
1) Orqanizmin su tələbatının tam ödənilməsi
Su daima orqanizmdən adətən tər və sidik yolu ilə xaric olur. Orqanizmin su tələbatı tam ödənilmədikdə o özünü zərərli maddələrdən təmizləyə bilmir. Bu isə sağlamlığda ciddi təhlükələrə səbəb olur. Əlavə olaraq, siz fəal həyat tərzi sürürsünüzsə, isti və tropik iqlimlərdə yaşayırsınızsa, həkimlər gün ərzində 6-8 stəkandan çox su içməyi məsləhət görürlər.
2) Dərinin gözəlləşməsi
Gün ərzində 3 litr su içənlər dərilərində böyük dəyişikliklərin şahidi olur. Onların dəriləri daha şimal və təbii parlaq olur. Zərif qırışlar yox olur. Bu toksinləri orqanizmdən çıxaran təbii təmizləyici olan suyun faydasıdır. Su həm də dərini şux saxlayaraq daha uzun müddətdə gənc görünüş verir.
3) Daha çox enerji
Suyun daha bir faydası ondan ibarətdir ki, beynin fəaliyyətini, gümrahlığı və refleksləri gücləndirir. Orqanizmin su tələbatını tam ödəyənlər özlərini daha cəld hiss edirlər, oynaqların daha hərəkətli və ağrısız olmalarını qeyd edirlər. Su tələbatının tam ödənilməsi immun sistemi üçün də çox vacibdir. Bu tələbatı tam ödəyənlər baş ağrılarının xeyli azalmasını və xəstəlikdən sonra qısa zamanda özlərinə gəlmələrini qeyd edirlər.
4) Daha yaxşı həzm
Orqanizmin əsas funksiyalarından biri də həzmdir. Qəbul etdiyiniz qida enerjiyə çevrilir və su həzm prosesi daxil olmaqla orqanizmin fəaliyyətini artırır. Kifayət qədər su içənlər qəbz və həzm problemlərindən azad olur.
5) Artıq çəkidən xilas olmaq
Fakt: şəkər istəmək orqanizmin su tələb etməsinin simptomu ola bilər. Orqanizmdə suyun miqdarı kifayət qədər olanda belə istəklər yox olur. Vaxt aşırı atışdırmalar ixtisar olanda isə orqanizm vaxtında və lazımi qədər qidalanır. İstənilən dieatadan da yaxşı - su sizin ümumi sağlam olmağınıza təminat verir və bu səbəbdən siz özünüzü daha yaxşı hiss edəcəksiniz, gözəlləşəcəksiniz.

Xəbər lenti

Xərçəng, diabet, demensiyanın səbəbkarı bu bakteriya imiş – Ağızdan bədənə keçir
Bu bakteriya Alsgeymer xəstələrinin beyin toxumasında aşkarlanıb
Zavodları bağlamaq kifayətdir ki, astma, bronxit xəstəlikləri azalsın
Körpələrin baş ətrafını mütləq ölçdürün
İnsulta aparan TƏHLÜKƏ
Nə üçün ayaqlarımız şişir?
Pilotlar eniş zamanı təyyarədə iki dəfə şassini açmağı unutdular
Oğurlanmış smartfon oğrunun görüntüsünü sahibinə yolladı - VİDEO
Qızın yumruq zərbəsindən sonra oğlanın daxili orqanlarının yeri dəyişdi
Qısqanc qadın maşının yük yerində gizlənərək ərini izlədi - FOTO
2019-cu ildə “Google”da ən çox axtarılanlar onlar oldu - FOTO
Tarantino “Billi öldürmək” filminin üçüncü hissəsini çəkmək niyyətindədir
Təcavüz etdiyi qadınlara 25 milyon dollar verəcək
Dodaqlarını böyütmək istəyən aktrisa iynəni görəndən sonra kosmetoloqun kabinetindən qaçıb
“Qızıl qlobus” namizədlərin adı açıqlandı
AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək
Bərdədə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib
İrəli
