Ümid Partiyasına yeni sədr müavini gəldi

01:13 26-12-2018 | icon 767 | Siyasət
Ümid Partiyasına yeni sədr müavini gəldi

 

 

Ümid Partiyasının sədri İqbal Ağazadə dekabrın 24-də sərəncam imzalayıb. Sərəncama əsasən İlahə Sadıqova Ailə, Qadın, Uşaq Problemləri və Gender bərabərliyi üzrə Ümid Partiyası sədrinin müavini təyin edilib.

 

Versus.Az xəbər verir ki, bu barədə partiyanın Mətbuat Xidmətinin verdiyi məlumatda bildirilir.

 

Məlumatda qeyd edilir ki, İlahə Sadıqova 1986-cı ildə avqust ayının 26-da Bakı şəhərində anadan olub. 1993-2004-cü illərdə 196 saylı orta məktəbdə təhsil alıb. Orta məktəbdə təhsil aldığı müddətdə məktəbin bir sıra ictimai işlərində fəal iştirak etmiş, məktəb və rayon olimpiadalarının qalibi olmuşdur.
6 fevral 2004-cü il tarixində Bakı şəhəri Gənclər, İdman və Turizm Baş İdarəsi tərəfindən təşkil olunmuş Breyn-Rinq intellektual oyununun Bakı şəhər birinciliyində komanda tərkibində iştirak etmiş və komanda 2-ci yerə layiq görülərək, “Diplom”la təltif olunub.


2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kulturologiya” fakültəsinə daxil olub. 2008-ci ildə universiteti müvəffəqiyyətlə bitirdiyinə görə “Fəxri Fərman”la təltif olunub. Hal-hazırda ADMİU-nun "Kulturologiya və onun ümumi məsələləri" ixtisasında fəlsəfə doktoru proqramı üzrə dissertantura təhsili alır, "Müstəqil Azərbaycanda ailə-nikah münasibətlərinin sosial-kulturoloji aspektləri" adlı dissertasiya mövzusu üzərində tədqiqat işi aparır. 25-dən artıq elmi məqalənin müəllifidir. Bir sıra beynəlxalq və respublika elmi-nəzəri konfranslarının və ictimai-siyasi tədbirlərin fəal iştirakçısıdır. 
Demokratiyaya Milli Yardım Fondunun (National Endowment for Democracy - USA) dəstəyi ilə və fəlsəfə üzrə elmlər doktoru, profesor Niyazi Mehdinin təşkilatçılığı ilə keçirilən Vətəndaş cəmiyyəti uğrunda Qadınlar Alyansı Vətəndaş dartışmaları adlı debatın iştirakçısı olmuş və qadınlarla bağlı seksist ədalətsizliyə qarşı diskussiyada çıxış etmişdir.


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YUNESKO-nun birgə “Natamam təhsilli qaçqın və məcburi köçkün qızların məşğulluq imkanlarının və peşəkar hazırlığının gücləndirilməsi” adlı layihəsinin, Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) Azərbaycan Cumhuriyyətinin “Gənc Qadın Siyasətçilər üçün Öyrənmə Proqramı”nın iştirakçısı olmuşdur. 


2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Ən yaxşı tələbə elmi-tədqiqat işi” müsabiqəsinin qalibi olub. 


2008-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Elm və yaradıcılıq işləri üzrə prorektor köməkçisi, 2014-2015-ci tədris ilindən “Kulturologiya” kafedrasında pedaqoji fəaliyyət göstərib, "Simurq" Azərbaycan Mədəniyyəti Assosiasiyasının üzvüdür.

 

2017-ci ilin dekabr ayının 21-də Ümid Partiyası İcra Aparatının Ailə,Qadın, Uşaq Problemləri və Gender Bərabərliyi şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”