Füzulidə ilk yaşayış məhəlləsi inşa ediləcək

11:29 16-02-2022 | icon 340 | Qarabağ
Füzulidə ilk yaşayış məhəlləsi inşa ediləcək

Füzuli şəhərində yaşayış məhəlləsinin ərazisinin şaquli planlaşdırması üçün açıq tender elan edilib.

 

Versus.Az xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyi məlumat verib.

 

Bildirilib ki, ölkə başçısının işğaldan azad edilmiş ərazilərdə yaşayış massivlərinin inşası ilə bağlı müvafiq göstərişlərinə əsasən, işlər uğurla davam etdirilməkdədir.

 

Füzuli şəhərində Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş yaşayış məhəlləsinin tikintisi Mənzil İnşaatı Dövlət Agentliyinə tapşırılıb. Artıq yaşayış məhəlləsinin ərazisinin şaquli planlaşdırması üçün açıq tender elan edilib.

 

Ənənəviliklə müasirliyin vəhdət təşkil edəcəyi məhəllədə yerləşən çoxmənzilli binaların layihə - smeta sənədlərinin hazırlanması sürətlə davam etdirilir və tezliklə başa çatdırılacaq. Bu sənədlər dövlət ekspertizasından keçdikdən sonra tikinti işlərinin yerinə yetirilməsi üçün açıq tenderlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada elan ediləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin