“Şaxta babaya məktub”la tanınan şagirdə millət vəkilindən hədiyyə

01:41 26-12-2018 | icon 737 | Cəmiyyət
“Şaxta babaya məktub”la tanınan şagirdə millət vəkilindən hədiyyə

 

İctimai Birliyin sədri 11 yaşlı Tufanın məktəbində olub

 

 

“Sosial şəbəkələrdə Şaxta Babaya yazdığı məktubla tanınan 11 yaşlı Tufan bizim də diqqətimizi çəkdi və onu yaxından tanımaq üçün Masallıya yollandıq”.

 

Versus.Az-ın məlumatına görə, bunu Tufanla görüşdən təəssüratlarını bölüşən Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin rəhbəri Arzu Bağırova bildirib.

 

Arzu xanım qeyd edib ki, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi olaraq Tufanın oxuduğu məktəbə yollanıblar:

 

“Bizi çox səmimi qarşılayan məktəbin direktoru Aytən Şükürova bizi təhsil ocaqları ilə tanış etdi. Tufan və məktəbin digər şagirdləri ilə görüşdük, özümüzlə gətirdiyimiz hədiyyələri onlara təqdim etdik”.

 

Arzu Bağırova görüş zamanı məktəbin müəllim kollektivinə və şagirdlərə dəyərli millət vəkilimiz Qənirə xanım Paşayevanın salamlarını çatdırıb. O, millət vəkilinin hədiyyə göndərdiyi kompyuter masasını Tufana təqdim edib və dərslərində uğurlar arzulayıb.

 

Qeyd edək ki, Masallının Bədəlan kəndindən olan 11 yaşlı Tufanın məktubu aşağıdakı kimidir:

 

“Salam, Şaxta baba. Mən bu il çox kədərliyəm. Çünki atamdan sonra anamı da itirdim. Çox darıxıram. Bilirəm, sən onları gətirə bilmərsən. Amma az da olsa, sevindirə bilərsən. Mən heç nə istəmirəm, nə istəsən gətirərsən”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol