Arayik həyəcanlanıb

12:03 16-02-2022 | icon 313 | Qarabağ
Arayik həyəcanlanıb

Bakıdan verilən açıqlama Xankəndidə təşviş yaradıb

 

Azərbaycan Respublikasının Baş Prokurorluğu Qarabağ separatçılarının başçısı Arayik Arutyunyanın tezliklə həbs edilərək, məsuliyyətə cəlb olunacağını açıqlayıb.


Rəsmi Bakı Arayik Arutyunyanı 2020-ci ilin oktyabrında Gəncənin mülki əhalisinə qarşı həyata keçirilən dörd terror aktında ittiham edir.

 

Arayik Arutyunyanın axtarışa verildiyi də qeyd edilir. Rəsmi Bakı əmindir ki, “Arayik Arutyunyanın indiyədək məsuliyyətə cəlb edilməməsi sadəcə müvəqqəti vəziyyətdir və yaxın gələcəkdə, ən qısa zamanda o, əməliyyat-istintaq qrupu tərəfindən tutularaq hüquq-mühafizə orqanlarına təhvil veriləcək".


Versus.az xəbər verir ki, Azərbaycan Baş Prokurorluğunun dünənki açıqlaması Xankəndidə təşvişə səbəb olub. Ermənistan KİV-ləri separatçıların rəhbərliyinin məsələni rəsmi İrəvanla müzakirəyə çıxaracağını bildirir.

“Joğovurd” qəzetinin bugünkü yazılarından belə məlum olur ki, Arayik Arutyunyanla bağlı dünənki açıqlama separatçıların başçısını ciddi şəkildə həyəcanlandırıb.

Qəzet xatırladır ki, Arayik Arutyunyan Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən yeganə şəxs deyil.

 

“Belə insanların sayı 300-ü ötür”, - “Jogovurd” qeyd edir.

 

Beynəlxalq axtarışa verilənlərin əsasən hərbçilər və yüksək vəzifəli şəxslər olduğunu xatırladan qəzet 300 nəfərlik siyahıda kimlərin yer aldığının dəqiq məlum olmadığını vurğulayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı