Erməni təxribatları maya qədər DAVAM EDƏCƏK

12:07 16-02-2022 | icon 392 | Qarabağ
Erməni təxribatları maya qədər DAVAM EDƏCƏK

Son zamanlar ermənilər öz təxribatçı əməllərini artırmaqdadır. Demək olar ki, hər gün ermənilərin sərhəddə təxribat törətməsilə bağlı Müdafiə Nazirliyi tərəfindən məlumat yayılır.

 

Ermənilərin bu təxribatları nədən qaynaqlanır? Düşmən nəyə güvənir?

 

Politoloq Cümşüd Nuriyev bildirib ki, erməni təxribatlarının son zamanlar artması bilavasitə Rusiya hərbi kəşfiyyatından qaynaqlanır:

 

“Çünki həm ölkəmizlə sərhəddə, həm Azərbaycan ərazisində təxribat törədənlərin Ermənistan vətəndaşı olduğu bizə məlum deyil. Burada erməni mənşəli Rusiya vətəndaşları, həm də orada mövcud olan bazada ermənilər çalışırlar. Eyni zamanda məlum olur ki, rus sülhməramlılarının içərisində  erməni mənşəli rus vətəndaşları var. Ermənistan vətəndaşlarının təxribat törətməyə nə ideoloji, nə də digər imkanları çatır. Çünki bunlar 44 günlük müharibədən sonra kifayət qədər Azərbaycanın gücü ilə tanışdılar. İnanmıram ki, onlar yenidən “Dəmir Yumruq”un işə düşməsinə can atalar.

 

Burada Rusiyanın maraqları var. Rusiya Paşinyandan müstəqil siyasət yürütdüyü üçün və ona məhəl qoymayıb Qərbə meylləndiyi üçün narazıdır. Digər tərəfdən, Rusiya tərəfi Cənubi Qafqazda möhkəmlənmək üçün uzun müddət Azərbaycan ərazisində qalmaq istəyir. Hər nə qədər onların missiyası müvəqqəti olsa da, ruslar özlərini burada müvəqqəti saymırlar. Bu da imperialist siyasətdən əl çəkməmələrindən qaynaqlanır”.

 

Politoloqun sözlərinə görə, bu təxribatlarda Fransanın da maraqları var:

 

 

“Əvvəllər İranın da belə maraqları mövcud idi. Ancaq İran bundan geri çəkildi. Fransa isə mart ayındakı seçkilərdə bundan istifadə etməyə çalışır. Ancaq bu uğursuz bir gedişdir”.

 

C.Nuriyev bildirib ki, hazırda Paşiniyanın əleyhinə olan qüvvələr kilsə ilə birləşib:

 

“Bu birliyin bu günə qədər məqsədi bir biznes layihəsi idi. Yüz illərdir ki, kilsə həmin biznes layihəsindən çox gözəl yararlanırdı. İndiyə qədər Qarabağ problemi var deyə onun həlli üçün dünyanın hər yerində yaşayan ermənilərdən ianələr toplanırdı. Amma Azərbaycan torpaqları işğaldan azad etdikdən sonra onların bu imkanları da əllərindən çıxdı”.

 

Ekspert təxribatların nə vaxt bitəcəyilə bağlı da proqnoz verib:

 

“Bu cür təxribatların maya qədər davam edəcəyini gözləyirəm. Burada başqa bir məsələ də var. Bu da fevralın 24-də Vyanada Ermənistan və Türkiyə arasında normallaşma prosesində xüsusi nümayəndələrin görüşü ilə bağlıdır. Birinci görüşdə Rusiya danışığa imkan vermədi. Ancaq qarşıdakı görüşdən gözləntilər böyükdür. Burada sülh sazişindən, sərhədlərin delimitasiya və demarkasiyası, Zəngəzur dəhlizinin açılması, Ermənistanın Türkiyəyə və Azərbaycana qarşı ərazi iddiaları və saxta soyqırımı kimi məsələlərin müzakirəsi olacaq. Bunların da hamısı elə bil ki, Rusiyanın ən ağrılı ayağını tapdamaqdır. Bu cür təxribatlar fevral ayı davam edəcək. Ölkəmiz bu ayda Xocalı soyqırımının 30 illiyini qeyd edəcək. Mən belə düşünürəm ki, bu cür təxribatlar Novruz bayramından sonra qurtarmalıdır. Azərbaycan anti-terror əməliyyatlarına başladıqdan sonra onlar bu təxribatlara davam edə bilməyəcək. Rus sülhməramlıları da burada ya öz vəzifələrini görməlidirlər, ya da çıxıb getməlidirlər. Mən inanmıram ki, Azərbaycan bir beş il daha onlara icazə versin”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür