Qənirə Paşayeva "Qızıl Buta" mükafatına layiq görülüb

20:40 26-12-2018 | icon 491 | Cəmiyyət
Qənirə Paşayeva "Qızıl Buta" mükafatına layiq görülüb

 

Millət vəkili Qənirə Paşayeva respondentlər arasında keçirilən rəy sorğusunun nəticələrinə əsasən, ölkəmizi beynəlxalq tədbirlərdə uğurla təmsil etdiyinə görə "Dünya Azərbaycanlıları" İctimai Maarif Mərkəzi tərəfindən "Qızıl Buta" mükafatına layiq görülüb.

 

Versus.Az-ın məlumatına görə, mükafatlandırma mərasimində çıxış edən millət vəkili Q.Paşayeva mükafata və ona göstərilən etimada görə təşəkkürünü bildirib:

 

"Bu seçkidə iştirak etmiş insanlara, Zaur bəyin simasında təçkilatın bütün üzvlərinə təşəkkür edirəm. Dünyada bir insanın qazana biləcəyi ən önəmli dəyər ona olan etimaddır. İnşallah Allah bizi bu etimada bundan sonra da layiq olmağa güc, qüvvə versin.

Tədbirdə iştirak edənləri də təbrik edirəm və hər birnə cansağlığı arzulayıram. Sağlam olasınız və güclənməkdə olan ölkəmizin daha da inkişaf etməsi üçün fəaliyyətinizi daha da artırasınız".

 

Qənirə Paşayeva qarşıdan gələn 31 Dekabr - Həmrəylik Günü və Yeni il bayramı münasibətilə də hər kəsə xoşbəxtlik və işlərində uğurlar arzulayıb:

 

"Cümhuriyyətimizin 100 illiyində və qadınlara seçmək və seçilmək haqqının verilməsində bu tədbirdə iştirak etmək, burada sizinlə olmaq çox gözəldir. Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyevin öz doğum günündə məcburi köçkünlərlə görüşdə söylədi ki, arzu edirəm 2019-cu il torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində uğurlu bir il olsun. Mən də bu arzuya qoşuluram. Cənab Prezidentin rəhbərliyi ilə bu istiqamətdə çox böyük işlər görülür. Onun da ən böyük hədəfi odur ki, xalqımızla birlikdə torpaqlarımızı işğaldan azad edək".

 

Millət vəkili tədbirin təçkilatçılarına və iştirakçılarına belə bir mükafatlandırma mərasimini gələn il Xankəndində, Şuşada, digər işğal altında olan torpaqlarımızda canlı yayımla qeyd etməyi arzulayıb:

"Hər birimizə bunu arzulayıram. Bu istiqamətdə Ali Baş Komandamızın ətrafında daha da sıx birləşməyimiz, daha da çox çalışmağımız vacibdir".

 

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”