Malayziyalı qadın rəsmidən kişilərə tövsiyə

09:27 17-02-2022 | icon 383 | Dünya
Malayziyalı qadın rəsmidən kişilərə tövsiyə

“Qadınlarınıza qarşı fiziki tənbeh metodundan istifadə edin”

 

Malayziya Baş nazirin qadın məsələləri üzrə müavini məişət zorakılığına haqq qazandırmaqda ittiham olunur.

 

Belə ki, Zayla Moxd Yusoff adlı nazir müavini ölkənin kişi nümayəndələrinə səslənərək həyat yoldaşlarının onların sözlərinə tabe olmadığı halda onları cəzalandırmağı tövsiyə edib.

 

Qadın məmur bu barədə özünün “Analara nəsihət” adlı “Instaqram” səhifəsində paylaşdığı yazıda qeyd edib.

 

“İnadkar arvadlarınızı danışaraq tənbeh edin, bu kömək etməsə onlardan üç gün ayrı yatın. Lakin əgər arvad ayrı yatdıqdan sonra yenə də verilən məsləhətə əməl etməkdən və davranışını dəyişməkdən imtina edərlərsə öz  ciddiliyinizi və tələbkarlığınızı nümayiş etdirməkdən ötrü ona qarşı yüngül fiziki tənbeh metodundan istifadə edə bilərsiniz”, - Zayla Moxd Yusoff yazıb.

 

Rəsmi şəxsin bu tövsiyəsi ictimaiyyətdə birmənalı qarşılanmayıb.

 

Qadın hüquqlarını müdafiə edən birliklər naziri müavininin dərhal vəzifəsindən istefa verməsini tələb edib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...