Leyla Əliyevanın ideya müəllifi olduğu sənədli film

15:49 28-11-2017 | icon 607 | Mədəniyyət
Leyla Əliyevanın ideya müəllifi olduğu sənədli film

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti  Leyla Əliyevanın ideya müəllifi olduğu “Pəncərədən düşən işıq” sənədli filminin təqdimatı keçirilib.

Versus.Az-ın APA-ya istinadən məlumatına görə, Moskvanın “Oktyabr” kinoteatrında keçirilən təqdimat mərasimində filmin ideya müəllifi və baş prodüseri Leyla Əliyeva, ssenari müəllifi və rejissoru Oleq Şommer, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyadakı Azərbaycan diasporunun və iki ölkənin tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.

Filmin nümayişindən əvvəl Leyla Əliyeva və rejissor Oleq Şommer, filmin qəhrəmanlarından biri olan Aleksandra Abıdennova çıxış ediblər. Rejissor O. Şommer filmin üzərində təxminən bir il işlədiklərini söyləyib:
“Filmin yaranması ideyası Leyla xanımın belə bir sualından doğdu: “Dünyada nədən bu qədər təcavüz var? Axı hər kəs özünü yaxşı insan sayır. Bəs nədən dünyada bu qədər pislik var?” Biz bu suallara cavab vermək qərarına gəldik və elə  qəhrəmanlarımız da bu və ya digər dərəcədə bu suallara cavab verdilər”.

O. Şommerin sözlərinə görə, filmin qəhrəmanları şərlə mübarizə aparırlar, özlərinə “mən bu gün hansı yaxşılığı etmişəm?”sualını verirlər və bir çox hallarda pisliklərə qalib gəlirlər. Mən bu ekran əsərinin ərsəyə gəlməsinə görə Heydər Əliyev Fonduna, fondun vitse-prezidenti Leyla Əliyevaya və çəkiliş qrupuna dərin minnətdarlığımı bildirirəm”.

Leyla Əliyeva isə çıxışında filmə maraq göstərdiklərinə görə tamaşaçılara, o cümlədən rejissor Oleq Şommerə təşəkkürünü bildirib:
“Film çox səmimi və həqiqi alınıb. Bu ekran əsəri xeyir və şər haqqındadır. Bu filmdə biz demək istəyirik ki, bir-birimizlə bağlıyıq, hamımız bir bütövün tərkib hissəsiyik. Biz başqasına xeyirxahlıq edəndə elə özümüzə xeyirxahlıq etmiş oluruq, eləcə də kiminsə xətrinə dəyəndə, özümüzü incitmiş oluruq. Başlıcası odur ki, bizim qəlbimizdə sevgi var, sevgi isə dünyada ən böyük qüvvədir”.

Qeyd edək ki, “Pəncərədən düşən işıq” sənədli filmi Heydər Əliyev Fondunun və Bakı Media Mərkəzinin dəstəyi ilə çəkilib.

Mirvari
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı