Azərbaycanda axtarışda olan qadınlar

09:35 17-02-2022 | icon 415 | Hadisə
Azərbaycanda axtarışda olan qadınlar

Müxtəlif cinayət əməllərinə görə hazırda axtarışda olan şəxslər var. 

 

Axtarışda olanlar arasında kifayət qədər qadınlar da yer alıb.

 

Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə barələrində axtarış elan edilən qadınlardan bir neçəsini təqdim edirik:

 

Nəsirli Jalə Miriş qızı

Onun barəsində Cinayət  Məcəlləsinin 178.2.4-cü maddəsi (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ilə axtarış elan edilib. 

 

 

Məlikova Xalidə Sərvərovna 

Barəsində Cinayət  Məcəlləsinin  178.3.2-ci maddəsi ilə axtarış elan edilən Xalidə Məlikova isə dələduzluğu külli miqdarda ziyan vurmaqla törədib.

 

Kərimova Ellada Manned qızı

Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə axtarış elan edilib. Ellada Kərimova dələduzluğu təkrar törədib.

 

Əsgərova Əfsanə Qəhrəman qızı

Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə axtarış elan edilən Əfsanə Əsgərova isə qəsdən sağlamlığa yüngül zərər vurmaqda ittiham olunur.

 

Veronika Karmakova Nikolayevna 

Veronika Kərimova barəsində isə Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə axtarış elan edilib. Qaçaqmalçılığı qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törətməkdə ittiham olunan qadın, eyni zamanda qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmaya görə də axtarışdadır.

 

Tarusova Lyudmila Borisovna 

Barəsində Cinayət Məcəlləsinin 179.3.2, 324, 312.1-ci maddələri ilə axtarış elan edilən Lyudmila Tarusova külli miqdarda mənimsəmədə, Dövlət Bayrağı və ya Azərbaycan Respublikasının Dövlət Gerbi barədə təhqiredici hərəkətlərdə və vəzifəli şəxsə rüşvət verməkdə ittiham olunur.

 

Hacıyeva Gülnarə Zakir qızı

Onun barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ilə axtarış elan edilib. 

 

Əlieyeva Nadejda Qriqoryevna 

Barəsində Cinayət Məcəlləsinin 178.2.1, 320.1-ci maddələri ilə axtarış elan edilən Nadejda, dələduzluğu qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törətməkdə və rəsmi sənədi saxtalaşdırmada ittiham olunur.

 

Abdullayeva Hicranə Rəcəb qızı

Barəsində Cinayət Məcəlləsinin 144.1.2.2-ci maddəsi ilə axtarış elan edilən qadın insan alverində ittiham olunur. O, bu əməli təkrar törədib.

 

Fərzəliyeva Xalidə Əli qızı

Barəsində Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə axtarış elan edilən Xalidə Fərzəliyeva da hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satmada ittiham olunur.

 

Əkbərova Lalə Vilayət qızı 

Barəsində Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-cü maddələri ilə axtarış elan edilən Lalə Əkbərova insan alverində ittiham olunur.

 

Dərvişova Həmidə Həmid qızı

Barəsində Cinayət Məcəlləsinin 234.1, 234.4-cü maddələri ilə axtarış elan edilən Həmidə Dərvişova isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı