"Biz iqtidarla dialoqu davam etdiririk"

09:50 17-02-2022 | icon 730 | Siyasət
"Biz iqtidarla dialoqu davam etdiririk"

Fuad Əliyev: "Bəzi partiyalar mövzu tapa bilmir və iqtidardan təklif gözləyir"

 

Bugünlərdə AXCP funksioneri Fuad Qəhrəmanlı iqtidarı real müxalifətlə siyasi dialoqa başlamağa çağırıb. O deyib ki, ölkədə proporsional seçki sistemi bərpa olunmalı və bu əsasda növbədənkənar, mümkün qədər demokratik parlament seçkisi keçirilməli, siyasi azadlıqların önü açılmalıdır.

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyilənlərlə razılaşmayıb.

 

Partiya sədri bildirib ki, "ölkədə iqtidarla müxalifət arasında dialoq mövzusu son vaxtlar sanki çox arxa plana keçib” fikirləri ilə razı deyil:

 

"Başqalarını deyə bilmərəm, amma ALDP olaraq biz dialoqu davam etdiririk. Demək olar ki, ölkədə gedən bütün prosesləri, vətəndaşları narahat edən problemləri mütəmadi olaraq müzakirə edirik və öz tərəfimizdən təkliflər veririk. Pandemiyanı nəzərə alaraq bu müzakirələrin əksəriyyəti onlayn olub. Ola bilər ki, bəzi partiyalar müzakirələr etmək üçün bir mövzu tapa bilmirlər və iqtidar tərəfindən təkliflər gözləyirlər. Bu da həmin partiya sədrlərinin siyasətdə təsadüfi olduqlarının bir sübutudur. Kimlərsə iqtidar-müxalifət dialoqundan kənarda qalıbsa, bu onların problemidir".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI