Mehdiyevin istefası nə zaman RƏSMİLƏŞƏCƏK

11:40 17-02-2022 | icon 684 | Siyasət
Mehdiyevin istefası nə zaman RƏSMİLƏŞƏCƏK

O istəyir ki, işdən prezident sərəncamı ilə çıxarılsın

 

AMEA prezidenti Ramiz Mehdiyev “sindromu” davam edir. O, postundan istefa verdikdən sonra yenə də akademiyada iş başındadır. Ddeyib ki, ərizəsini prezidentə təqdim edəcək, ondan sonra AMEA ilə vidalaşacaq. Göründüyü kimi, o istəyir ki, işdən prezident sərəncamı ilə çıxarılsın.

 

Qeyd edək ki, Mehdiyevin istefasını tələb edənlərin sayı durmadan artır. Hətta vaxtilə ona yaxın olan, komandasının üzvü olduğu deyilən şəxslər də dilə gəliblər. Onlar da israrla “Boz kardinal”dan getməyi tələb edirlər.

İndi necə, Mehdiyevin istefasından sonra yenidən iş başında görünməsi barədə onun gedişini arzulayanlar nə düşünürlər? Bunun izahı nədir? Adam dedi istefa vermişəm, evdə oturacam, kitab yazacam, amma dediyindən geri çəkilmiş görünür...

 

Fazil Mustafa SƏRT DANIŞDI: “Nəzir də, nəzir qutusu da narkomaniyadır” |  MEDONLINE.AZ

Fazil Mustafa: “Hüquqi prosedurda istefa səsləndirmək yetərli deyil”

 

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın sözlərinə görə, rəsmi prosedur belədir ki, AMEA prezidenti ölkə başçısının rəsmi sərəncamı ilə təyin olunur: 

 

“Elmlər Akademiyasında seçilsə də, təyinat olur. Sərəncam verilməlidir ki, işdən azad olunsun. Akademiya dövlət orqanıdır. Dövlət orqanında da bir şəxs ərizə yazanda onun ərizəsi qəbul olunana, hər hansı bir şəkildə sərəncam çıxmayana qədər konkret həmin sahədə məsuliyyət daşıyan şəxs kimi fəaliyyət göstərir. Çünki oranın idarə edilməsində məsuliyyətin kimin üzərində olması artıq müəyyən olunub. Mütləq şəkildə istefa ərizəsi prezidentə təqdim olunur, ölkə başçısı da müvafiq sərəncam verir və məsələ də bununla həllini tapır. Həmin ərizə olmayana qədər həmin şəxs orada məsuliyyət daşıyır. İstefa ərizəsinin qəbul olunub-olunmayacağı prezidentin səlahiyyətinə aid bir məsələdir. Burada söhbət hüquqi prosedurdan gedirsə, mən onun hüquqi izahını verə bilərəm. İndi burada hansı niyyət güddüyü, hansı məqsədlə etdiyi bir qədər məlumat tələb edir. Ortada olan odur ki, istefa verilib. Burada hər hansı bir şəkildə istefadan geri çəkilməyin özü mənəvi problem yaradır. Rəyasət Heyətində həmin şəxs öz iradəsini ortaya qoyub. Milli Məclisdə bir millət vəkili istefa verirsə, bu protokola düşürsə, onun istefası qəbul olunmuş sayılır. Amma burada belədir ki, prezident sərəncamı ilə təyin olunduğuna görə istefa ilə bağlı mütləq şəkildə sərəncamı verən instansiyaya müraciət etməlidir. Ondan sonra qeyd etdiyimiz prosedur başladılır. Akademiya prezidenti seçilənə qədər həmin vəzifəni I vitse-prezident icra edir. Bir sözlə, hüquqi prosedurda istefa səsləndirmək yetərli deyil”.

 

Azərbaycan Avrasiya İqtisadi İttifaqına qoşulsa... - Qulamhüseyn Əlibəyli

Qulamhüseyn Əlibəyli: “İstefa qəbul olunandan sonra hüquqi qüvvəyə malik olur”

 

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli AMEA rəhbərini çıxarmaq səlahiyyətinin yalnız dövlət başçısına aid olduğunu bildirdi: 

 

“AMEA prezidentini vəzifəyə ölkə prezidenti təyin edir, eyni zamanda azad etmə səlahiyyəti də yalnız ona məxsusdur. Rəyasət Heyəti ilə də müəyyən məsləhətləşmələr aparılır. AMEA prezidenti istənilən zaman istefa verə bilər. Amma istefa verməyin özü onun vəzifədən kənarlaşması anlamına gəlmir. Mütləq şəkildə ərizə prezident tərəfindən qəbul olunmalıdır və qeyd edilməlidir ki, filankəs istefa ərizəsi verdiyinə görə Milli Elmlər Akademiyasının rəhbəri vəzifəsindən azad olunur. Nə qədər ki, belə sərəncam yoxdur, istefa verən şəxs işini davam etdirməlidir. Burada təbii ki, hakim komandaya qarşı meydan oxuma elementləri olmamış deyil. Amma məhz iş başına gəlməsi hesab edirəm ki, meydan oxuma deyil. Dediyim  kimi, istefa qəbul olunandan sonra hüquqi qüvvəyə malik olur”.

 

Bu, gerizəkalılığın göstəricisidir" - Elşad Musayev

Elşad Musayev: “Ramiz Mehdiyev bu sahədə çox təcrübəli adamdır”

 

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Boz kardinal”ın təhlükəli oyunçu olduğunu qeyd etdi: 

 

“Ramiz Mehdiyevə qarşı çoxsaylı mövqelər bildirilib. Biz hər zaman onun hədəfində olmuşuq, o da bizim hədəfdə. Zaman-zaman onu tənqid etmişik, mövqelərimizi səsləndirmişik. Son zamanlar hiss olundu ki, o, bir kampaniyaya qoşulub. Ramiz Mehdiyev çox təhlükəli bir oyunçudur. Vəziyyətin getdikcə gərginləşdiyini gördü, ortamı sakitləşdirməyə çalışdı və bunun üçün də istefa vermək xəttini seçdi. Bütün media orqanları da bunu tirajladı. Bir çox adamlar da o istefadan sonra Ramiz Mehdiyevin əleyhinə danışmağa başladı. Amma bir şeyi unutdular ki, Ramiz Mehdiyev bu sahədə çox təcrübəli adamdır. Onu vəzifəsindən yalnız prezident azad edə bilər. Hansı qərarın veriləcəyini yəqin ki, qarşıdakı günlərdə görəcəyik. Zaman etibarı ilə Ramiz Mehdiyev Azərbaycanın keçmişidir. O getməlidir və gedəcək də. Bir məsəl var ki, ictimai rəy o rəydir ki, heç kəs onu nəzərə almır. Əsasən bu, Azərbaycana aiddir. Bizim rəydə Ramiz Mehdiyev getməyib. Amma zaman baxımından o gedəcək. İndiki halda fakt odur ki, o, işinin başındadır. Onun istefasını prezident qəbul edə də bilər, etməyə də. İstefanın bir müddət sonra da qəbul olunması mümkündür”. /“Yeni Müsavat”/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol