Ərəb dilinin öyrənilməsi yolları müzakirə olunub

21:11 26-12-2018 | icon 484 | Təhsil
Ərəb dilinin öyrənilməsi yolları müzakirə olunub

 

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Ərəb dilini birlikdə öyrənək” mövzusunda təlim keçirilib.

 

İnstitutdan Versus.Az-a daxil olan məlumata görə, Aİİ-nin kafedra müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru İlkin Əlimuradov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, İnstitutda tələbələrin elmə, təhsilə marağının artırılması və intellektual səviyyələrinin yüksəldilməsi məqsədilə təlimlər, görüşlər, konfranslar keçirilir. İ.Əlimuradov qeyd edib ki, gənclər mütəxəssis kimi püxtələşmələri üçün öz perspektivləri uğrunda çalışmalı, Vətənin, millətin mənafeyi naminə addımlar atmalıdırlar. Aİİ-də tələbələrin dil bilgilərinə yiyələnmələrinə xüsusi önəm verildiyini qeyd edən İ.Əlimuradov bu məqsədlə bir sıra tədbirlərin həyata keçirildiyini vurğulayıb.

 

Azərbaycan Dillər Universitetinin baş müəllimi Ülviyyə Hüseynova qeyd edib ki, beynəlxalq sənədlərin qeydə alındığı rəsmi dil kimi, ərəb dili BMT dillərinə əlavə edildikdən sonra, onun öyrənilməsinə tələbat artıb. O bildirib ki, qədim əlyazmaların araşdırılması, islam dininin tədqiqi baxımından ərəbdilli mütəxəssislərə ehtiyac vardır. Ərəb dilinin tədrisi və öyrənilməsi baxımından bir sıra məsələlərə toxunan Ü.Hüseynova vurğulayıb ki, bu dilə mükəmməl yiyələnmək üçün ətrafımızda buna uyğun mühit yaratmalıyıq. O bildirib ki, dilin özünü asanlaşdırmaq, onu müasir dövrün tələblərinə uyğunlaşdırmaq, qarşılaşdığı çətinlikləri aradan qaldırmaq vacibdir.

 

Təlim zamanı ərəb tələbələr Azərbaycan dilini necə öyrəndikləri barədə gəncləri məlumatlandırıblar.

Təlim suallar ətrafında müzakirələrlə davam edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF