102 yaşında prezidentliyə namizəd olacaq
Nonye Josefina Ezeanyaeçe adlı 102 yaşlı nigeriyalı qadın ölkədə 2023-ci ilin fevralında keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb.
O, bunu Nigeriya televiziyasına müsahibəsi zamanı deyib.
Ezeanyaeçe prezident seçilərsə ölkəsilə bağlı yaxşı planlarının olduğunu bildirib. Qeyd edək ki, uzunömürlü xanım Nigeriyada “Yaşayan əfsanə” və “Afrikanın anası” kimi tanınır. O, “Nigeriyanın yaşlı vətəndaşların səsi” təşkilatının yaradıcısıdır.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"