Xarici səyyahlar “Ağıllı kənd” layihəsi ilə tanış olublar

10:34 18-02-2022 | icon 412 | Qarabağ
Xarici səyyahlar “Ağıllı kənd” layihəsi ilə tanış olublar

Xocalı soyqırımının 30 illiyi ərəfəsində işğaldan azad edilmiş ərazilərə səfər edən xarici səyyahlar fevralın 18-də Zəngilan rayonunda olublar.

 

Versus.az xəbər verir ki, Zəngilan şəhərinə səfər zamanı qonaqlar “Ağıllı kənd” konsepsiyası ilə tanış olublar. Zəngilan rayonunda ilk “Ağıllı kənd”in inşasının başa çatmaq üzrə olduğu səyyahların diqqətinə çatdırılıb.

 

Qeyd edilib ki, bu kənd azad olunmuş ərazilərə qayıdışın ilk məntəqəsi olacaq. Kəndin inşasında çoxsaylı innovativ yanaşmalar tətbiq edilib. Kənddə enerjiyə tələbat “Yaşıl enerji” sistemi ilə təmin olunacaq. Dayanıqlı enerji təminatı Həkəri çayı üzərində inşa edilən Arximed qurğusu tipli su elektrik stansiyaları vasitəsilə həyata keçiriləcək. Arximed qurğusu vasitəsilə alınan enerji hesabına kənd öz enerji tələbatını ödəyəcək. “Ağıllı kənd”də evlərin dam hissəsində yerləşdirilən vakuum Günəş kollektorları vasitəsilə enerji toplanaraq mənzilin və suyun qızdırılmasında istifadə ediləcək. Evlərdə quraşdırılacaq anod-katod sistemləri otaqları daha az enerji sərfiyyatı ilə qızdırmağa imkan verəcək. “Ağıllı kənd”də, həmçinin “Ağıllı kənd təsərrüfatı” sistemi üzrə camışçılıq ferması, “Ağıllı ictimai ferma” istifadəyə veriləcək, emal müəssisələri yaradılacaq, dəyər zənciri formalaşdırılacaq.

 

Daha sonra qonaqlar Füzuli rayonuna gələrək Zəngəzur dəhlizinin bu ərazidən keçən hissəsində olublar.

 

Səyyahlara dəhliz haqqında məlumat verilib. Qeyd edilib ki, Zəngəzur dəhlizi Tərtər və Arpa çaylarının yuxarı axarlarından Araz çayınadək gedib çıxır, uzunluğu təqribən 130 kilometr, hündürlüyü isə 3904 metr olan dağ silsiləsi bütün Zəngəzur mahalı boyu uzanır.

 

Səfər iştirakçıları Zəngəzur dəhlizinin kifayət qədər böyük iqtisadi potensiala və təbii ehtiyatlara malik olması, regionlararası iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaratması haqqında məlumatlar əldə ediblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI