“Bayraktar”lara qarşı “Krasuxa”lar İŞƏ SALINDI

13:59 18-02-2022 | icon 564 | Dünya
“Bayraktar”lara qarşı “Krasuxa”lar İŞƏ SALINDI

Ukraynanın şərqində, Donbass münaqişə zonasında ötən gün səhər saatlarından etibarən başlayan eskalasiya artmaqdadır. Ukrayna tərəfi bildirir ki, separatçı “Donetsk və Luqansk xalq respublikaları” qüvvələri iriçaplı artilleriyanı və minaatanları tətbiq etməklə atəşkəs rejimini 60 dəfədən çox pozublar. O cümlədən Rusiya istehsalı olan “Orlan-10” pilotsuz aparatının təmas xəttini keçərək Ukrayna ordusunun mövqelərində müşahidə apardığı bildirilir. Ukraynanın Donbassdakı Birləşmiş Əməliyyat Qüvvələrinin qərargahından verilən məlumatda deyilir ki, atəşkəsin bu cür pozulması son bir neçə ildə qeydə alınmamışdı.

 

O cümlədən separatçılar atəşkəsin pozulmasına görə Ukrayna tərəfini günahlandırır, bildirilir ki, “Ukrayna ordusunun hücumlarından qorunmaq üçün” Donetsk ətrafındakı yaşayış məntəqələrindən əhalinin təxliyəsi aparılır. Habelə separatçıların nəzarətindəki bölgələrdə Rusiyanın “Vodofon” şirkətinin mobil rabitə şəbəkəsinin işində problem yarandığı da bildirilir.

 

 

Çox güman ki, Donetsk və Luqanskda mobil rabitənin kəsilməsi Rusiya ordusunun Ukrayna ilə sərhəddə radioelektron mübarizə sistemlərini, o cümlədən “Krasuxa-2” və “Krasuxa-4” komplekslərini tətbiq etməsi ilə bağlıdır. “Popular Science” nəşrinin yazdığına görə bu komplekslər mobil rabitəni, habelə radarların siqnallarını bloklayır. Bu komplekslər indiki halda həm Ukrayna ordusunun bölmələri arasında rabitə əlaqəsini pozmaq, həm “Bayraktar TB2” pilotsuz zərbə təyyarələrinin uçuşlarını əngəlləmək üçün tətbiq edilə bilərdi.

 

 

Ukrayna Ali Radasının deputatı, NATO Parlament Assambleyasındakı Ukrayna nümayəndə heyətinin rəhbəri Yeqor Çernov Donbassda baş verənləri Rusiyanın “bəhanə yaratmaq cəhdləri” adlandırıb. Onun sözlərinə görə, hazırda Rusiya Minsk razılaşmasından çıxmağa və qondarma “respublikaları” tanımağa bəhanə axtarır. Vəziyyətin kəskinləşməsi də bu bəhanəni əldə etmək məqsədi güdür.

 

Son məlumatlara görə təmas xəttində vəziyyət gərginləşməkdə davam edirdi və tərəflər bir-birini artilleriya zərbələri endirməkdə günahlandırırdı. /virtualaz.org/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...