Ailədə DƏHŞƏT
Ata azyaşlı övladına işgəncə verib, arvadını qaynar su ilə yandırıb
Paytaxtın Xəzər rayonu sakini 2017-ci il təvəllüdlü azyaşlının atası tərəfindən döyülməsi və ona əzab verilməsi ilə bağlı daxil olmuş müraciət əsasında Xəzər Rayon Prokurorluğunda araşdırma aparılıb.
Versus.Az xəbər verir ki, bunu Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov deyib.
O bildirib ki, dərhal polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib:
“Aparılmış araşdırmalarla müəyyən olunub ki, atası azyaşlını döyməklə və sair zorakı hərəkətlərlə ona güclü fiziki ağrı və psixi iztirablar verib. Azyaşlının sosial xidmət müəssisəsinə yerləşdirilməsi təmin edilib. Bundan başqa, araşdırmalarla müəyyən olunub ki, azyaşlının on altı yaşına çatmayan 2006-cı il təvəllüdlü bacısı isə qanunsuz olaraq nikaha daxil olub. Həmçinin, rayon prokurorluğunda aparılmış araşdırma ilə müəyyən edilib ki, 2021-ci ilin dekabr ayının sonlarında əri tərəfindən uşaqların anasının üzərinə qaynar su tökülərək qəsdən sağlamlığına az ağır dərəcəli hesab olunan xəsarət yetirilib”.
K.Zeynalov qeyd edib ki, həmin faktlarla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib:
“İş üzrə müvafiq ekspertizalar təyin olunub, o cümlədən şahid dairəsinin müəyyənləşdirilməklə dindirilməsi həyata keçirilib. Uşaqların pozulmuş hüquqlarının bərpası ilə bağlı Baş Prokurorluq tərəfindən zəruri tədbirlərin görülməsi təmin ediləcək”. /APA/
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"