Firəngiz müəllimənin pilotlarının ilk Yeni İl şənliyi

00:02 27-12-2018 | icon 1878 | Təhsil
Firəngiz müəllimənin pilotlarının ilk Yeni İl şənliyi

 

Məktəbin direktoru şagirdlərə savadlı olmalarını, dərslərində uğurlar qazanmalarını tövsiyyə edib

 

 

Yeni ilə sayılı günlər qalıb. Bütün idarə və müəssisələr, o cümlədən təhsil ocaqları yeni ilə xoş ovqatla hazırlaşır.

 

Versus.Az-ın məlumatına görə, bütün təhsil ocaqlarında olduğu kimi, Bərdə rayonunun Otuzikilər kəndində şəhid Telman Qurbanov adına Xanqaraqoyunlu kənd tam orta məktəbində də yeni il şənliklərinə başlanıb.

 

İlk Yeni il şənliyinə Şaxta babanın, Qarqızın gəlişini səbirsizliklə gözləyən pilot sinifi start verib. Bu sinifin müəlliməsi Firəngiz Qafarova öz bilik və bacarıqlarını bu balaca fidanlara ötürmək, onların şagird kimi təhsil həyatında uğurla addımlamaları üçün əlindən gələni əsirgəmir, pilotların gələcəyə inamla irəliləməsi üçün həvəslə çalışır.

 

Yeni ilə hazırlaşan ilk pilotların dərs aldığı sinif otağı al-əlvanlığı ilə tədrisə yeni başlayan uşaqların həyatında xoş təəsürat buraxacaq.

 

Qeyd edək ki, uşaqları Yeni il bayramı münasibətilə təbrik etmək üçün şənliyə məktəb direktoru Nizami İsayev də qatılıb. O, balacaları təbrik edib, onlara savadlı olmalarını, dərslərində uğurlar qazanmalarını tövsiyyə edib.

 

Balacalar şeirlər oxuyub, rəqslər ediblər. Demək olar ki, bütün siniflər bayram əhval-ruhiyyəsi ilə bəzənib. Şam ağacı ilə qurulan yolkalar dekabrın 28-də məktəb üzrə Yeni İl şənliyinə hazırlanır. Yəqin ki, bu yeni il şənliyi balacaların həyat və təhsilində yeni bir cığır açacaq.

 

Kamran Qafarov
/bölgə müxbiri/
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı