Ukrayna-Polşa-Britaniya ittifaqına Rusiyadan REAKSİYA
Böyük Britaniya, Polşa və Ukraynanın üçtərəfli ittifaqı bir anlıqdır, çünki bu ölkələrin maraqlarına cavab vermir.
Bu barədə Rusiyanın Londondakı səfiri Andrey Kelin deyib.
Bildirib ki, bunlar hamısı sünidir:
"Böyük Britaniya, Polşa və Ukrayna arasında qarşılıqlı əlaqənin əsas - iqtisadi bünövrəsini görmürəm. Onun üzərində başqa siyasi əlaqələr, o cümlədən hərbi əlaqələr qurmaq olar”.
Onun sözlərinə görə, xüsusən də digər Avropa dövlətlərinin başçıları üzərində istənilən üçtərəfli ittifaqları elan etmək olar:
“Ancaq mənə elə gəlir ki, bu, elə bir anlıq, konyunktur, təhlükəsizlik ehtiyaclarına cavab verməyən quruluşdur. O, bir müddət ağıllarda qalacaq, amma çox qalmayacaq”.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"