GET Dİ!

17:56 19-02-2022 | icon 3668 | Köşə
GET Dİ!

Özümüzün yaratdığımız XOF


ARZU ZEYNALLI

 

Ramiz Mehdiyev mənim, sənin, onun doğması deyil. Amma kiminsə həyat yoldaşı, atası, babası, əmisi, dayısıdır. Mən, sən, o onu sevmiyə bilərik, amma bax o doğmaları onu sevirlər... Yəni.. bəlkə də sevirlər... Qısası, elə yaşamalı, elə getməli idi ki, bax o doğmaları ziyan görməsinlər. Elə hansısa postlara təyin etdikləri də...

 

Onun keçmişini, indisini daim diqqətdə saxlayanlardan, araşdıranlardan eşidirəm ki, bu adam Rusiyadan başqa ölkəyə ayaq basmayıb. Yəni bu ölkəyə yeganə, əvəzolunmaz sadiq insan.

 

Həmişə onu da eşitmişəm ki, Azərbaycan hökumətini o idarə edir. Və daha nələr, nələr... Bir sözlə “xoxan” obrazı. Bir sözlə “kabus”. Bir sözlə... Hətta “qılıncının dalı da, qabağı da kəsir” deyirdilər...

 

Ramiz Mehdiyev xofunu özümüz yaratdıq. “Qılınc müsəlman” misali başımız üzərində lazım imiş... Daha lazım olmadığına görə sevinmək...

 

Bəs adı gələndə zağ-zağ əsən məmurları... "O, “dobro”sunu versə, hər şey tamamdır” inancı...

 

Və o... getdi...

 

Çox uzaqmı gedəcək, yaxınlıqlardamı olacaq, bilmirəm. Düzü, hökumətimizdə “Əlinin papağı Vəlinin, Vəlinin papağı Əlinin başına” o qədər qoyulub ki, Əlinin kim, Vəlinin kim olduğunu da dolaşdırmışam... Və Ramiz Mehdiyev mənim üçün nə “Boz Kardinal” oldu, nə neçəncisə “kolon”, nə də... Çörəyim-suyum ondan gəlmədi. Yəni mən onun üçün hansısa maneə olmadım. Düşünürəm, ümumiyyətlə o kimə neynədi, kimə neynəmədi? Mənim bildiyim, nə etdisə, Azərbaycan dövlətinin, xalqının heç də xeyrinə olmayanı etdi. Və ən pisi, bunu etdirdi! Bax, o edənləri kim idi, ona çaşmışam. O əyilən başlar nolacaq bəs? Heç şübhəsiz başqa baş axtaracaqlar əyilmək üçün. Və mütləq tapacaqlar, əyilməyə alışmış başlar...

 

Və... “Ramiz Mehdiyev erası həqiqətənmi bitdi” şübhəsi, müəmması... Və, bir də ki, onu nə qədər "xoxan"  kimi təqdim etsələr də, baxaq görək hansı "titulla" gedir, sadəcə "yaşı ilə bağlı istefa"sı ilə... Ona görə də suallarım O "xofu" yaradanlaradır...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol