Öldürülənlərin mənzilindən SON GÖRÜNTÜLƏR
Öldürülən uşağın sözləri: "Atam məni döyür"
Paytaxtın Nizami rayonunda 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və onun övladları - 2008-ci il təvəllüdlü Lamiyə Qaraxanlı, 2011-ci il təvəllüdlü Ataxan Qaraxanlını qətl etməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Əhəd Əliyev polis əməkdaşları tərəfindən keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində az öncə saxlanılıb.
Versus.Az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
"lkin məlumata görə, qətlə yetirilən G.Qaraxanovanın bacısının əri olan Əhəd Əliyev cinayəti tamah məqsədi ilə törədib. Həmin şəxsin evdən apardığı pulun bir hissəsi olan 20 min manat da ondan dəlil kimi aşkar edilərək götürülüb", - E.Hacıyev qeyd edib.
Qeyd edək ki, dəhşətli hadisə Nizami rayonunda yerləşən Rüstəm Rüstəmov küçəsi 48 ünvanında yerləşən mənzillərdən birində baş verib. Qatil evə daxil olaraq ana ilə yanaşı onun övladlarının boğazını kəsərək qətlə yetirib.
Əraziyə gələn polislər hadisə ilə bağlı heç bir açıqlama verməyib.
Qonşuların verdiyi məlumata görə, cinayətdən bir neçə saat əvvəl mənzildən səs-küy gəlirmiş. Səs-küyə polis əməkdaşları, qonşular gəlib. Qapının arxasından uşaq, dərslərindən qeyri-kafi qiymət aldığı üçün atasının döydüyünü bildirib. Polis əməkdaşları ərazini tərk etdikdən sonra məlum cinayət hadisəsi baş verib. Hazırda qapıya prokurorluq tərəfindən möhür vurulub, üzərinə mənzilə giriş qadağası qeyd olunub. /Musavat.com/
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"