"Bu mənimsəmə artıq müxtəlif tribunalardan da eşidilməkdədir"

15:00 27-12-2018 | icon 609 | Cəmiyyət
"Bu mənimsəmə artıq müxtəlif tribunalardan da eşidilməkdədir"

 

“Mənəvi dəyərlər yadlaşdıqca unudulur, xatırlanmadıqca oğurlanır və başqalarının adına çıxılır. Artıq əsrlərdir ki, həmişə mədəniyyəti qonşuları tərəfindən oğurlanmış xalqımız humanistlik göstərərək, təhqir etmədən sivil üsul və dəqiq arqumentlərlə maddi-mənəvi irsinin özünəməxsusluğunu sübut edib. İstər milli mətbəximiz, istərsə də tarixi abidələrimiz bu "oğurluğ"un qurbanları siyahısında olub”.

 

Versus.Az xəbər verir ki, bunu Cebhe.info-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Mehriban Sadıqova deyib. M.Sadıqova ABŞ dövlət katibi Pompeonun dahi Azərbaycan şairi Nizami Gəncəvini “fars şairi” adlandırmasına da münasibət bildirib:

 

“Azərbaycan xalqının yetişdirdiyi dühaları özününküləşdirmək ideyaları hələ keçən əsrlərdən olub və bizim üçün bu, artıq qlobal bir problem kimi yaşanmaqdadır. Dahilərimizin "farslaşdırılması" ilə bağlı İran siyasəti ənənə hal alıb. 20 milyondan çox azərbaycanlının yaşadığı bu ölkə öz vətəndaşına ana dilində danışmaq hüququ vermədiyi bir halda, onun dünya ədəbiyyatına bəxş etdiyi Nizamini öz adına çıxır və əlavə olaraq da bunu dünyanın "beyninə" yükləmək istəyir. Təsadüfi deyil ki, bu mənimsəmə artıq müxtəlif tribunalardan da eşidilməkdədir. ABŞ dövlət katibi Mayk Pompeo İran xalqını Çillə bayramı (qışın daxil olması) münasibəti ilə təbrik edib və Nizami Gəncəvini “fars şairi” kimi təqdim edərək, ondan sitat da gətirib: "Fars şairi Nizami Gəncəvi deyirdi ki, hətta ümidsizlikdə də ümid var. Ən qaranlıq gecənin də sonu işıqdır. Çillə bayramınız mübarək".

İranın siyasi xəttinə bütün dəlillərlə cavab vermək mümkündür. Amma bir faktı qabartmaq istərdim -1875-ci ildə İran tarixinin vəliəhdi Fərhad Mirzə Qacar böyük şairin ziyarətinə gəlişini özünün "Yol bələdçisi" kitabında belə təsvir edirdi: “Biz daha yeddi verst (ölçü vahidi) yol gedəndən sonra çox da böyük olmayan bir gümbəz gördük. Bu, Şeyx Nizaminin məzarı idi”. Qərbdə böyük nüfuza malik olan məşhur şərqşünas alim, professor Yevgeni Bertelsin  “Böyük Azərbaycan şairi Nizami” adlı kitabını cənab dövlət katibinə xatırlatmaq istərdim. Bu siyahını çox uzatmaq olar. Sonda bir xatırlatma da etmək istərdim, Nizami Gəncəvinin 850 illik yubileyi münasibəti ilə 1991-ci il UNESCO tərəfindən "Nizami ili" elan olunub”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı