Duz dənəciyi boyda batareya
Almaniyanın Hemnitz Texnologiya Universitetinin rəhbərlik etdiyi tədqiqat qrupu kiçik millimetrlik kompüterləri və çipləri gücləndirə bilən bir kvadrat millimetrdən daha kiçik ölçüdə olan batareya yaradıb.
Mini batareyanın minimum enerji sıxlığı kvadrat santimetr üçün 100 mikrovat-saatdır.
Alman alimləri tərəfindən yaradılmış batareya dünyanın ən kiçik kompüter çiplərini təxminən on saat ərzində enerji ilə təmin etmək iqtidarındadır.
Belə mini-batareyalar insan orqanizmindəki müxtəlif cihazları, məsələn ürək stimulyatorlarını da enerji ilə təmin edə bilər.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"