Daha bir xanıma partiyada vəzifə verildi

15:51 27-12-2018 | icon 638 | Siyasət
Daha bir xanıma partiyada vəzifə verildi

 

 

Bu gün daha bir gənc xanıma Ümid Partiyasında vəzifə verilib.

 

Partiyanın Mətbuat Xidmətindən Versus.Az-a verilən məlumata görə, Qarayeva Günel Mərifət qızı Ümid Partiyası İcra Aparatının Təbliğat və Təşviqat şöbəsinin müdiri təyin edilib.

 

Məlumatda bildirilir ki, Qarayeva Günel Mərifət qızı 1990-cı il 30 aprel Bakı şəhərində anadan olub. 1997-2008-ci illərdə Bakı şəhər Xətai rayonu Miryusif Yusifov adına 265 saylı orta məktəbdə təhsil alıb. Məktəb illərində ictimai işlərdə fəal iştirak edib.

 

2008-2011-ci illərdə Şuşa Humanitar Texnikumunun Məktəbəqədər təhsilin pedaqogikası və metodikası ixtisası üzrə subbakalavr təhsili almışdır. Təhsil müddətində 3 il uşaq bağçasında tərbiyəçi kimi həm təcrübə keçmiş, həm işləmişdir. Texnikumu bitirdikdən sonra 2012-2013-cü illərdə M.Ə.Sabir adına kitabxananın mədəniyyət klubunun nəzdində fəaliyyət göstərən kursda ingilis dili müəlliməsi kimi çalışıb.

 

2013-2017-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsində təhsil alıb. Təhsil illərində bir çox elmi-nəzəri konfranslar və təlimlərin iştirakçısı olub, məqalələrlə çıxış edib.

 

2014-cü il “Mədəniyyət sahəsində sosioloji tədqiqatların təşkili” tələbə tədqiqatlarının nəticələrinə dair elmi konfransda “Teatrlarda tamaşaçı problemi” mövzusunda məqaləsiylə çıxışına görə Fəxri Fərman, 2015-ci il “Dil – karyeraya gedən yol” II Ümumrespublika ali məktəblərarası tələbə müsabiqəsindəki iştirakına görə Sertifikat (İngilis dilində məqalə ilə), 2016-cı ildə TİKA (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Bakı Proqram Koordinatorluğu) Türkiyə Respublikası Baş nazirliyi və Yunus Emre İnstitutunun birgə təşkil etdiyi “Əski-Əlifba” kurslarında iştiraka görə Sertifikat, “Azərbaycanşünaslığın Aktual Problemləri: Əsas İstiqamətlər və Perspektivlər” mövzusunda Respublika Tələbə elmi-nəzəri konfrasında plenar çıxışdakı iştirakına görə Sertifikat (“Azərbaycanşünaslıqda multikulturalizmin aspektləri”), Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondu və Gənclər Dostluq Şəbəkəsi İctimai Birliyinin birgə təşkil etdiyi “Virtual Bələdçi” layihəsində iştiraka görə Şəhadətnamə ilə təltiflənmiş, 2018-ci ildə “Elçibəy gənclərin gözü ilə” dəyirmi masada məqaləsi ilə çıxış etmişdir.

 

Bir müddət “Nur Art House” qalereyasında direktor müavini vəzifəsində çalışıb. Hal-hazırda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı Xareoqrafiya Akademiyasının “Mədəniyyət tarixi” ixtisasının magistr tələbəsidir. “Azərbaycanda multikulturalizm və tolerantlığın inkişaf problemləri” mövzusunda elmi iş üzərində çalışır.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”