"Ukrayna-Azərbaycan münasibətlərinin perspektivi yüksəkdir"

11:15 22-02-2022 | icon 282 | Siyasət
"Ukrayna-Azərbaycan münasibətlərinin perspektivi yüksəkdir"

Fuad Əliyev: "“DNR” və “LNR”lə bağlı Azərbaycanın mövqeyi oxşar olacaq"

 

Rusiya prezidenti Vladimir Putin ötən gün “Donetsk və Luqansk xalq respublikaları”ın müstəqilliyi tanınan sənədə imza atdı. Bəzi ekspertlər ölkələrimiz arasında çox isti əlaqələrin formalaşdığını, Azərbaycanın Ukrayna ilə yaxşı münasibətlərinin olduğunu bildirirlər. Eyni zamanda qeyd edilir ki, rəsmi Kiyev Azərbaycanın suverenliyinə hörmətlə yanaşır, ölkəmizin ərazi bütövlüyünü tanıyır. Bunun qarşılığında rəsmi Bakı da eyni mövqedən çıxış edir. Rusiyanın “DNR və LNR” müstəqilliyi tanıyandan sonra Azərbaycan-Ukrayna münasibətlərinə necə təsir edəcək?

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevə bildirib ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü, suverenliyini tanıyır.

 

Dəfələrlə Azərbaycan rəsmilərinin bununla bağlı bəyanatlar verdiyini vurğulayan ALDP sədri Azərbaycanın Ukrayna-Rusiya məsələsində mövqeyinin də birmənalı olduğunu söyləyib:

 

“Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, Krım Muxtar Respublikasını bu ölkənin bir hissəsi hesab edir. Bu məsələ BMT Baş Məclisinin iclasında da müzakirə edilən zaman Azərbaycan Ukraynanın yanında olub, onun ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyib”.

 

Fuad Əliyev hesab edir ki, “DNR” və “LNR”lə bağlı Azərbaycanın mövqeyi oxşar olacaq:

 

“Rusiya Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini də yaxşı bilir. Krım hazırda Rusiyanın nəzarəti altında olduğuna görə, Azərbaycan Krımla hər hansı əlaqədə deyil. Yəqin ki, bundan sonra eyni mövqe “DNR” və “LNR”lə olacaq”.

 

Fuad Əliyev bildirib ki, Azərbaycanın özünün müstəqil siyasəti var. Onun sözlərinə görə, heç bir halda Rusiyanın maraqları Azərbaycanın milli təhlükəsizliyindən, milli maraqlarından üstün deyil və ola da bilməz:

 

“Dünyada ikili standartlar var. Əgər separatçılığa dəstək verdiyinə, başqa dövlətin ərazisini zəbt etdiyinə görə hansısa dövlətə qarşı sanksiya tətbiq edilirsə, o zaman bu addımı atan digər dövlətlərə də eyni münasibət sərgilənməlidir. Necə olur ki, ABŞ Donbas separatçılarına vizaların verilməsini dayandırır, bank hesablarını dondurur, amma Qarabağ separatçılarını Amerikaya dəvət edir, Konqresdə onların iştirakı ilə müzakirələr keçirir, hətta onlara maddi yardım ayırır? Bütün bunların fonunda biz Ukraynanın narahatlığını anlayır, onun ərazi bütövlüyünü dəstəkləyirik. Lakin Ermənistan BMT-nin Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamənin əleyhinə səs verib. Ukrayna bundan əvvəl Pakistan və Türkiyə kimi Ermənistanı işğalçı dövlət kimi tanıyıbmı? Xeyir. Niyə Ukrayna Ermənistanı işğalçı dövlət kimi tanımadı? Bütün baş verənlərə baxmayaraq, mən yenə də Ukrayna-Azərbaycan münasibətlərinin perspektivini yüksək qiymətləndirirəm”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı