Şuşa+Moskva bəyannaməsi Bakıya nə vəd edir?

20:27 22-02-2022 | icon 516 | Geopolitika
Şuşa+Moskva bəyannaməsi Bakıya nə vəd edir?

Bakını Moskva bəyannaməsini imzalamağa nə vadar edir?

 

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya rəsmi səfər çərçivəsində Prezident Vladimir Putinlə bu gün  görüşəcək. Görüş zamanı tərəflərin Qarabağla bağlı razılaşmaların icrasını müzakirə edəcəyi gözlənilir. Görüşün ən diqqət çəkən məqamı isə Putin və Əliyev arasında danışıqların yekununda müttəfiqlik əməkdaşlığı haqqında bəyannamənin imzalanmasıdır. 

 

Politoloq Turan Rzayev Versus.az şərhində bildirib ki, Prezident İlham Əliyevin Rusiyaya səfəri gözlənilməz deyil, əksinə uzun müddətdir hazırlanan səfərdir.

 

Onun sözlərinə görə, hələ 2021-ci ilin iyununda Azərbaycanla Türkiyə arasında Şuşa bəyannaməsi imzalanarkən oxşar sənədin Azərbaycanla Rusiya arasında imzalanması gözlənilirdi:

 

“Prezident İlham Əliyev hələ 2021-ci ilin sonu yeni illə bağlı xalqa müraciətində Rusiya-Azərbaycan əlaqələrinin keyfiyyətcə yeni səviyyəyə qalxacağını anons etmişdi. Digər tərəfdən səfər öncəsi tərəflərin Qarabağla bağlı razılaşmaların icrasını müzakirə edəcəyi və danışıqların yekununda müttəfiqlik əməkdaşlığı haqqında bəyannamənin imzalanması haqda ilkin informasiyanın yayılması bu səfərin çox öncədən planlaşdırıldığını sübut edir. Nəzərə almaq lazımdır ki, imzalanacaq sənədin hazırlanması və razılaşdırılması uzunmüddətli iş tələb edir”.

 

Politoloq bildirib ki, indiki məqamda rəsmi Bakının Kremllə “Müttəfiqlik əməkdaşlığı haqqında Moskva Bəyannamə”si  imzalamasında konkret maraqları var:

 

Birincisi, aydın məsələdir ki, hazırda Azərbaycanın əsas müttəfiqi Türkiyədir. Rəsmi Bakı faktiki olaraq Kremlə əsas seçiminin Türkiyə olduğunu, bununla belə illərdir regionda qoruduğu “balans siyasətinə” sadiq qaldığını göstərir. Yəni Azərbaycan tərəfi Kremlə, Moskva Bəyannaməsi ilə hər zaman olduğu kimi bundan sonra da antirusiya cəbhəsində yer almayacağının zəmanətini verir.

İkincisi, Azərbaycan bu sənəd ilə hər şeydən öncə Ermənistana böyük zərbə vurmuş oldu. Məsələ ondadır ki, KTMT üzvü olan Ermənistan az qala hər vəchlə başda Rusiya olmaqla, ittifaq ilə Azərbaycanı üz-üzə qoymağa çalışır. Xüsusilə 44 günlük müharibə zamanı biz bunu aydın şəkildə müşahidə etdik. Rəsmi İrəvan faktiki olaraq müharibə zamanı Azərbaycan ərazilərini atəşə tutaraq müharibəni öz ərazisinə çəkmək, bu yolla da  KTMT Nizamnaməsinin 4-cü maddəsinin 5-ci bəndindən istifadə etməyə çalışırdı. Azərbaycan Rusiya ilə “Müttəfiqlik əməkdaşlığı haqqında Moskva Bəyannamə”si imzalamaqla faktiki olaraq Ermənistanı bu imkandan tamamilə məhrum etdi.

Üçüncüsü, Azərbaycanın Rusiya ilə “Müttəfiqlik əməkdaşlığı haqqında Moskva Bəyannamə”sini imzalamaq qarşılığında Kremldən nələrsə gözlədiyi bəllidir. Görüş zamanı tərəflərin Qarabağla bağlı razılaşmaların icrasını müzakirə edəcəyi haqda ilkin məlumatlar verilir. Belə bir nəticəyə gəlmək olar ki, rəsmi Bakı sazişi imzalamaq müqavilində Kremldən Qarabağ məsələsində nələrsə tələb edəcək. Bakının istədiyi yekun sülh sazişinin imzalanmasını sürətləndirə də bilər.

Dördüncüsü, hesab edirəm bu müqavilə  Azərbaycanı daha da gücləndirəcək. Məsələ ondadır ki, Türkiyə və Rusiya ilə müttəfiq olmaq, eyni zamanda Avropa İttifaqı ilə ikitərəfli saziş imzalamaq  Azərbaycana regionda daha effektiv xarici siyasət yeritmək imkanı verəcək. Rəsmi Bakı eyni zamanda regionun iki aparıcı ölkəsi ilə müttəfiq olaraq öz təhlükəsizliyini tam olaraq qarant altına almış olacaq”.

 

T.Rzayev Bakının Moskva bəyannaməsini imzalaması  ilə Ankara ilə münasibətlərə hər hansı təsir göstərməyəcəyini deyib:

 

“Azərbaycanın regionda əsas müttəfiqi Türkiyədir. Hesab edirəm rəsmi Bakı Rusiya ilə “Müttəfiqlik əməkdaşlığı haqqında Moskva Bəyannamə”ni imzalamadan öncə Türkiyə tərəfi ilə müvafiq məsləhətləşmələr aparılıb. Prinsip etibarilə Azərbaycan ilə Rusiyanın Şuşa Bəyannaməsi bənzəri bir bəyannamə imzalaması Ankaranın da maraqlarına uyğundur. Məsələ ondadır ki, i̇ndiki mərhələdə Azərbaycan NATO üzvü olan Türkiyə ilə Rusiya arasında körpü rolunu oynayır. Azərbaycanın indiki mərhələdə Rusiya ilə də Türkiyə ilə imzalanan Şuşa bəyanatı bənzəri bəyanat imzalaması iki ölkə arasında qurulan ittifaqın Rusiyaya qarşı olmadığını bir daha isbat etmiş oldu".

 

Politoloq hesab edir ki, Azərbaycanın Rusiya ilə “Müttəfiqlik əməkdaşlığı haqqında Moskva Bəyannamə”ni imzalaması rəsmi Bakının Kremlin qurmaq istədiyi “ittifaq dövləti” modelinə qoşulması demək deyil:

 

“Hər şeydən öncə bir nüansı qeyd etmək lazımdır ki, rəsmi Bakı Qoşulmama Hərəkatına üzvdür. Yəni Azərbaycan genişçaplı ittifaqlarda yer ala bilməz. Digər tərəfdən Azərbaycanın belə bir niyyəti olsaydı, çoxdan KTMT-yə üzv olardı. Rəsmi Bakı bütün hallarda Qoşulmama Hərəkatının üzvü və sədridir. Təsadüfi deyil ki, 2021-ci ildə QH üzvləri Azərbaycana müraciət edərək, sədrliyi əlavə bir il müddətinə həyata keçirməyi xahiş edib, Azərbaycan isə bu təkliflə razılaşıb”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi