"Bu, müxalifətin passivliyindən irəli gəlmir"

08:53 23-02-2022 | icon 536 | Siyasət
"Bu, müxalifətin passivliyindən irəli gəlmir"

Fuad Əliyev: "Müxalifətin İctimai, yaxud AzTv kanallarına çıxışı bağlıdır"

 

"Yanvar ayında bloqa girib partiyamıza üzv olmaq istəyənlərin sayı 50 nəfər olub. Lakin ümumilikdə siyasi partiyalara maraq azalıb".

 

Versus.Az xəbər verir ki, bunu siyasi partiyalarda üzvlərin qəbulunun hansı şəkildə aparılması, hansı partiyaya könüllü üzvlüyün çox olması və hər ay partiyalara neçə üzv qəbuluyla bağlı açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

 

Fuad Əliyev vurğulayıb ki, hər bir partiyanın sədri və ya funksioneri deyə bilər ki, onların partiyasının daha çox üzvü var:

 

"Bizə gəldikdə isə, partiyamıza üzv olmaq istəyənlər partiyamızın bloqundakı ərizə blankına müraciət edirlər. Son məlumata görə, yəni yanvar ayında bloqa girib partiyamıza üzv olmaq istəyənlərin sayı 50 nəfər olub".

 

ALDP sədri qeyd edib ki, ümumilikdə siyasi partiyalara maraq azalıb. Onun sözlərinə görə, bu da müxalifətin passivliyindən irəli gəlmir:

 

"Müxalifət funksionerlərinin daha geniş auditoriya toplamaq, fikirlərini haradasa bildirmək üçün əsas televiziyalar olan İctimai və yaxud AzTv kanallarına çıxışı bağlıdır. Buna baxmayaraq, iş gedir, çalışırıq ki, liberal dəyərlərin təbliğat işlərini aparaq. Bu istiqamətdə də çətinliklərlə rastlaşırıq. Hazırkı vəziyyəti nəzərə alsaq, bu gün kiməsə liberal dəyərlərdən danışıb, onu tərəfimizə çəkmək çox çətindir. Çünki hazırda insanların başı daha çox sosial problemlərə qarışıb, işsizlik mövcuddur və sairə.

Deyə bilmərik ki, partiyamızın üzv sayına görə birinci və yaxud ikinciyik. Kifayət qədər üzvlərimiz də, tərəfdaşlarımız da var, hansı ki, üzv olmasalar da, partiyamızı dəstəkləyirlər".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Baba Pünhanın vəfatından 20 il ötür

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI