Keçmiş APA-çının yeni layihəsi

23:53 27-12-2018 | icon 1057 | KİV
Keçmiş APA-çının yeni layihəsi

 

Tanınmış jurnalist Nurşən Quliyevin rəhbərliyilə www.e-tibb.az portalı fəaliyyətə başlayıb.

 

Versus.Az xəbər verir ki, Nurşən Quliyev layihənin səhiyyə və tibb sahəsi üzrə xidmət göstərəcəyini bildirib:

 

“Bildiyiniz kimi, vətəndaşlarımızın bu gün üzləşdiyi əsas çətinliklərdən biri səhhətlərində problem yaranan zaman uyğun həkim və tibb müəssisəsi tapa bilməməsidir. Belə bir layihə ortaya qoyaraq, insanların sağlamlığının qorunmasında vasitəçi olmaq, onların peşəkar həkimlərə, uyğun tibb ocaqlarına yönlənməsinə yardım etmək niyyətindəyik.

Tibb kataloqumuzda xəstə və həkim arasında ünsiyyətin qurulmasına kömək etməyi nəzərdə tuturuq. e-tibb.az kataloqu bir növ xəstə və həkimin görüş yeri, ünsiyyət platforması olacaq. Vətəndaşlar özlərinə uyğun bildikləri həkim və tibb ocaqlarını kataloqumuzdan tapıb, qəbula yazıla, məsləhət ala bilərlər. Burada səhiyyə və tibbə dair ölkədə və dünyada baş verən yeniliklər, xəbərlərlə də saytda tanış olmaq mümkündür. Layihədə həkimlərə və tibb ocaqlarına müxtəlif xidmətlər təklif olunur”.

 

Layihə rəhbəri yeni kollektivdə keçmiş APA-çılardan bir neçə nəfərin təmsil olunduğunu bildirib:

 

“Kollektivimiz çox da böyük deyil. Yeni işçilərimiz var, eyni zamanda əvvəlki əməkdaşlarımızdan bir neçəsini də layihəyə cəlb etmişik”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...