İş adamının qətli ilə bağlı TƏFƏRRÜAT

11:46 23-02-2022 | icon 342 | Hadisə
İş adamının qətli ilə bağlı TƏFƏRRÜAT

Ötən gün axşam saat 22 radələrində Göyçay şəhərində 1979-cu il təvəllüdlü Şükürov Cavanşir Hüseyn oğlunun güllələnərək qətlə yetirilməsinin təfərrüatları üzə çıxıb.

 

Versus.Az Publika.az-a istinadən xəbər verir ki, qətlə yetirilmiş şəxs biznesmen olub və onun həmyerlisi, Göyçayda “Vicay” ləqəbi ilə tanınan 1985-ci il təvəllüdlü Nicat Əliyevlə biznes münasibəti olub.

 

Belə ki, hər iki şəxs Rusiyaya meyvə satışı biznesi ilə məşğul olub və aralarındakı mübadiləyə görə pul mübahisəsi yaranıb. Bir-birlərinə olan borca görə məsələni aydınlaşdırmaq istəyən həmkarlar Göyçay şəhərindəki kafedə görüşüblər. Bu zaman mübahisə münaqişəyə çevrilib və “Vicay” ləqəbli şəxs iş adamı Cavanşir Şükürova odlu silahdan atəş açaraq onu qətlə yetirib.

 

Bildirilir ki, qətlə yetirilən şəxs ziyalı ailəsindəndir və onun qardaşı Göyçayda tanınmış həkimlərdən olan Taleh Şükürovdur. T.Şükürov hazırda rayon xəstəxanalarından birində rəhbər vəzifədə çalışır.

 

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı