Hücumçu qorxduğunu etiraf edib

15:31 23-02-2022 | icon 312 | İdman
Hücumçu qorxduğunu etiraf edib

Ürəyində yaranan ciddi problemlər səbəbindən karyerasını başa vuran “Barselona” və Argentina millisinin sabiq forvardı Serxio Aquero yeni açıqlama verib.

 

O qeyd edib ki, “Barselona”ya transfer olunanda azı iki il yüksək səviyyədə oynamaq niyyətində olub:

 

“Barselona”dan təklif alanda heç bir tərəddüd etmədim. Mən Messi ilə necə oynayacağımı, dünya çempionatına çıxacağımı təsəvvür edirdim. Ürəyimdə baş verənlər çox qəribə və gözlənilməz oldu. Həkimlər bunun nədən qaynaqlandığını bilmirlər və mən həqiqəti öyrənmək üçün araşdırmaları davam etdirəcəyəm. Bunun COVID-19 yaxud peyvənd nəticəsində əmələ gəldiyini təəssüf ki, heç vaxt öyrənə bilməyəcəyik”.

 

Futbolçu müsahibəsinin davamında qeyd edib ki, o, indi də meydana çıxmaq istəyir, amma qorxur:

 

“Mən bütün ömrüm boyu maksimum və yüksək rəqabət şəraitində məşq etmişəm. Futbola, xəbərlərə baxmıram, artıq nəyin baş verdiyi məni maraqlandırmır. Dostlarımla görüşmək, onlarla söhbət etmək ən sevdiyim işdir. Mənə dedilər ki, bəxtim gətirib, çünki infarkt keçirə bilərdim”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi