Onun bu əsərində obraz adları yoxdur
Dünyaca məşhur portuqal yazıçı Joze Saramaqo “Korluq” romanını durğu işarələrindən istifadə etmədən yazıb.
Kult.az xəbər verir ki, yazıçının 1995-ci ildə qələmə aldığı sözügedən əsərdə nöqtə və vergüldən başqa heç bir durğu işarəsindən istifadə olunmayıb.
Əsərin digər maraqlı cəhəti isə qəhrəmanların adsız olmasıdır. Belə ki, yazıçı obrazların danışıqlarını ortaq bir monoloqa çevirib, onların heç birinə ad verməyib.
Qeyd edək ki, Joze Saramaqo 1998-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"