Türkiyə-Ermənistan sərhədinin açılması üçün ŞƏRT

16:39 23-02-2022 | icon 239 | Siyasət
Türkiyə-Ermənistan sərhədinin açılması üçün ŞƏRT

Rəcəb Tayyib Ərdoğan: "Hər kəs konstruktiv davranmalıdır"

 

“Bölgənin sülh, tərəqqi və rifaha ehtiyacı var. Bu anlayışla ölkəmizlə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini başlatmaq üçün səmimi bir səy göstərdik”.

 

“Haber Global”ın məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika turundan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib:

 

“Azərbaycan Prezidenti İlham Əliyev də bunu faydalı hesab edir. Ermənistanın da bizimlə münasibətləri normallaşdırmaq istiqamətində nümayiş etdirdiyi iradədən məmnunuq. Bu prosesi idarə etmək üçün qarşılıqlı şəkildə xüsusi nümayəndələr təyin etdik və yanvarın 14-də Moskvada ilk görüş keçirildi. Fevralın 24-də də Vyanada görüşəcəklər. Ermənistanın sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması kimi bəzi gözləntilərinin olduğunu da bilirik. Ermənistan hazırda xüsusi nümayəndələrlə başlayan prosesi davam etdirməkdə qərarlı olsa, bizim üçün də qapıların bağlı qalması deyə bir şeydən söhbət getməz”.

 

Türkiyə lideri qeyd edib ki, Azərbaycan-Ermənistan münasibətləri və Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesləri bir-birini dəstəkləyərək irəliləyə bilər:

 

“Çünki regional əməkdaşlıq fikrimiz də bu ikitərəfli prosesləri dəstəkləyəcək və bu proseslərdən qidalanacaq. Bu tarixi fürsətdən yaxşı istifadə etmək üçün hər kəs konstruktiv davranmalıdır. Biz bütün prosesləri bu günə qədər olduğu kimi bundan sonra da Azərbaycanla sıx koordinasiya şəklində aparmağa davam edəcəyik”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI