Beynəlxalq Muğam Mərkəzi - 10

09:26 28-12-2018 | icon 1107 | Mədəniyyət
Beynəlxalq Muğam Mərkəzi - 10

 

Dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə tədbir keçirilib.

 

Versus.Az xəbər verir ki, qonaqlar əvvəlcə mərkəzin foyesində qədim musiqi alətləri ekspozisiyası və muğam sənəti ilə bağlı kitab sərgisi ilə tanış olub, “Əsrlərin sədası” ansamblının çıxışını dinləyiblər.

 

Yubiley tədbirində mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək bildirib ki, 10 il bundan əvvəl məhz bu gün Prezident İlham Əliyev və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə Beynəlxalq Muğam Mərkəzinin açılışı olub. “Heydər Əliyev Fondunun möhtəşəm layihələri sırasında xüsusi əhəmiyyəti olan bu mərkəzin inşası Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Mərkəzin bu qısa müddət ərzində fəaliyyətinə nəzər saldıqda görürük ki, nə qədər uğurlu yol keçib. Muğam keçmişlə bu gün arasında, Azərbaycan ilə dünya xalqlarının mədəniyyəti arasında mənəvi körpüdür”, - deyə nazir qeyd edib.

 

Son illər muğamın ölkəmizin hüdudlarından kənarda da şöhrət tapdığını deyən nazir muğam sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti olduğunu vurğulayıb. Muğam ifaçılığı, tar və kamança sənəti bir daha təsdiq etdi ki, Azərbaycan xalqının yaratdığı incəsənət nümunələri bütün bəşəriyyətə məxsusdur.

Binanın formasının Azərbaycanın qədim musiqi alətlərindən olan tarı xatırladığını deyən nazir bildirib ki, Muğam Mərkəzi paytaxtın ən gözəl memarlıq abidələrindən biridir.

Nazir, həmçinin qeyd edib ki, mərkəzdə xalq arasında çox sevilən görkəmli muğam ustadlarının büstləri qoyulub.

 

Heydər Əliyev Fondunun təşəbbüsü və bilavasitə rəhbərliyi altında Beynəlxalq Muğam Mərkəzində ənənəvi olaraq keçirilən Beynəlxalq Muğam festivalları və Muğam Televiziya müsabiqələri barədə danışan nazir qeyd edib ki, bu tədbirlər dünya miqyasında muğam ifaçılarının, muğamsevərlərin və xüsusilə də bu musiqiyə həyatını həsr etmiş elm adamlarının, ekspertlərin şəbəkəsini formalaşdıra bilib:

 

“Bu layihələrinin özünəməxsusluğu onların sırf muğam aləminə, muğam fenomeninə həsr olunması ilə bağlıdır, onlar Azərbaycan muğam sənətinin qorunub saxlanılaraq, gələcək nəsillərə ötürülməsinə, hərtərəfli öyrənilməsinə və təbliğinə xidmət edir”.

 

Diqqətə çatdırılıb ki, Beynəlxalq Muğam Mərkəzində görkəmli sənət ustalarının xatirə gecələri, yubileyləri və yaradıcılıq axşamları da təşkil edilir.

Başa çatmaqda olan 2018-ci ilin uğurlarından söz açan Əbülfəs Qarayev deyib: “Bu il ölkəmizin mədəni həyatında da mühüm hadisələrlə yadda qalıb, o cümlədən xalqımızın yaratdığı mədəniyyət abidələrinin, milli irs nümunələrinin UNESCO-nun müvafiq siyahılarında yer alması prosesi davam edib. UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin Mavriki Respublikasında keçirilən 13-cü sessiyasında Azərbaycanın təqdim etdiyi “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına, Azərbaycanın Türkiyə və Qazaxıstanla birgə təqdim etdiyi “Dədə Qorqud irsi. Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” nominasiya faylı isə çoxmillətli mədəniyyət nümunəsi kimi təşkilatın Qeyri-maddi mədəni irs siyahısına daxil edilib”.

Tədbir muğam konserti ilə davam edib.

Konsert proqramında Babək Niftəliyev, Səbuhi İbayev, Ehtiram Hüseynov, Kamilə Nəbiyeva, Səbinə Ərəbli çıxış ediblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol