Neslihan yeni seriala çəkilir
Səhhəti ilə əlaqədar bir müddətdir çəkilişlərə ara verən türkiyəli aktrisa Neslihan Atagül yeni seriala çəkiləcək.
Keçən il xəstəliyi səbəbindən “Sefirin kızı” serialındakı rolu ilə vidalaşan aktrisa STAR TV ilə razılaşıb.
“Gecenin ucunda” romanı əsasında çəkiləcək serialda oynayacaq digər aktyorların da adı üzümüzə gələn həftələrdə məlum olacaq.
Peride Celalın “yazdığım ən gözəl eşq romanı” dediyi əsər eşqdən üz döndərən, özünə və uşağına yeni bir həyat qurub insanlığın olduğu dünyaya qovuşmağa cəhd edən Macidenin təsirli hekayəsindən bəhs edir.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"