Bu uşaqların geyimlərinə qan qrupları yazılır
Ukrayna ilə Rusiya arasında gərginlik artdıqca ukraynalı valideynlər uşaqlarının təhlükəsizliyini təmin etmək üçün tədbirlər görür.
Bu addım Rusiyanın Ukraynanın şərqinə qoşun yeridəcəyini deməsindən sonra atılıb.
Valideynlər övladlarını məktəbə göndərərkən paltarlarına qan qruplarını göstərən stikerlər yapışdırırlar. Bəzi məktəblərdə bunun məcburi olduğu bildirilir. Stikerlərə valideynlərin istəyinə uyğun olaraq şagirdin ata-anasının adı və telefon nömrələri də qeyd olunur.
Digər tərəfdən, məktəblər şagirdləri mümkün hücuma hazırlamaq üçün tez-tez təlimlər təşkil edirlər.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"