Ön cəbhədə bayram tədbiri

10:03 28-12-2018 | icon 1558 | Qarabağ
Ön cəbhədə bayram tədbiri

 

Azərbaycan Kik-boksinq Federasiyası və “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin birgə təşkilatçılığı ilə Respublika Müdafiə Nazirliyinin “N”saylı hərbi hissəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni təqvim ilinin başlanması ilə əlaqədar tədbir keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbiri “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin Qadınlar Şurasının sədri, Xocalıdan məcburi köçkün Ayna Allahyarqızı açıb. Azərbaycan Respublikasının Dövlət Himni səslənib, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

 

Azərbaycan Kik-boksinq Federasiyasının Prezidenti, Milli Məclisin deputatı Adil Əliyev öncə Dövlət Başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin doğum günü və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə əlaqədar hərbi hissənin şəxsi heyətini təbrik edib.

 

Qeyd etdi ki, məhz cənab İlham Əliyevin rəhbərliyi altında iqtisadiyyat və Ordu quruculuğu xeyli inkişaf edib. O, 2016-cı ilin aprelində cəbbə xəttində baş vermiş 3 günlük savaş zamanı Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin qazandığı uğurlardan danışıb.

 

“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, “Tərəqqi”medalının mükafatçısı, müharibə veteranı Şamil Sabiroğlu bayram tədbirinin keçirilməsi üçün zəruri dəstək göstərən Azərbaycan Kik-boksinq Federasiyasının, “Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondu”nun, “Yeni Yurd”Sosial İnkişaf ictimai birliyinin və Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin pedaqoji kollektivinə təşəkkür edib. Bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə, xüsusən, ön cəbhədəki qeyrətli vətən oğullarına dayaq olmaq hamımızın borcumuzdur.

“Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri Hacıxanım Mahirə Əsədova şəxsi heyəti salamlayıb, bu hərbi hissədə keçirilən tədbirlərdə 3-cü dəfə iştirakından hədsiz məmnunluğunu qeyd edib.

“Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu”nun sədri, II dərəcəli müharibə əlili Hacı Ədalət Yusif oğlu Məhərrəmov, “Xankəndi” Məcburi Köçkünlərə Dəstək ictimai birliyinin sədri xanım Xatirə Vəliyeva, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin İdarə heyətinin üzvü, Xocalı Mərkəzi rayon Xəstəxanasının baş həkimi, “Tərəqqi”medalının mükafatçısı Aqil Məmmədov, Türkiyəli iş adamı Mehmet Akmbıyık, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin Nəzarət-Təftiş Komissiyasının sədri, II dərəcəli müharibə əlili Hacı Zahid Qarayev, tanınmış gitara ifaçısı Rəhman Məmmədli, Qubadlı rayonundan məcburi köçkün, şəhid övladı Ələkbər Arif oğlu və başqaları şəxsi heyəti əlamətdar günlər münasibətilə təbrik etdilər. Füzuli rayon Dövlət Dram Teatrının əməkdaşları maraqlı səhnəciklə çıxış ediblər.

Füzuli rayonundakı “Qarabağ”İnstrumental ansamblının üzvləri maraqlı konsert proqramı ilə “N” saylı hissənin şəxsi heyətini sevindiriblər. Milli Məclisin deputatı Adil Əliyev, Şamil Sabiroğlu, Mahirə Əsədova, Ədalət Məhərrəmov, Mehmet Akbıyık, Dilbər Sultanova gətirdikləri hədiyyələri şəxsi heyətə təqdim ediblər.


Zabit Elşad Əbilov bu tədbirin keçirilməsində zəhməti olan hər bir şəxsə “N” hərbi hissəsinin şəxsi heyəti və yuxarı Komandanlıq adından təşəkkür edib.

Şamilə Şamilqızı, Bahar Quliyeva
/Foto: Mahir Hüseynbəyli/
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...