Elazığda Qarabağ parkı açılacaq

15:50 27-11-2017 | icon 662 | Qarabağ
Elazığda Qarabağ parkı açılacaq

“Qoy bütün Türk dünyası Elazığda beləcə birləşsin”

Qarabağ və Türk dünyası ilə bağlı konfranslar vermək və 24-cü Beynəlxalq Şeir Axşamlarında iştirak etmək üçün Türkiyədə səfərdə olan millət vəkili, siyasi elmlər doktoru  Qənirə Paşayeva bu ölkənin ən qədim vilayətlərindən biri olan Elazığda bölgə valisi Çetin Oktay Kaldırım, bələdiyyə başqanı Mücahit Yanılmaz və millət vəkilləri ilə görüşüb.

Versus.Az-ın məlumatına görə, görüşlər zamanı və Vətən mövzulu konfransın açılışı zamanı çıxışında millət vəkili Q.Paşayeva bildirib ki, bir neçə il öncə Elazığ haqqında yazdığı böyük yazıda bu bölgəni “Türkiyədəki Azərbaycan” adlandırıb:

“Çünki buranın ən böyük kəndlərindən biri bu gün işğalçı Ermənistanın işğalı altında olan Dağlıq Qarabağımızın paytaxtı Xankəndinin adını daşıyır. Bu adamlar on illər öncə zülmdən qaçaraq gəlib bura sığınanlardır. Bundan başqa Azərbaycanın böyük şairi və böyük faciələr yaşamış Almas Yıldırımın gəlib qoynuna sığındığı yerdir Elazığ. Məhz onun xahişini nəzərə alaraq böyük Mustafa Kamal Atatürk buradakı gölə Xəzər gölü adını verib. Burada Almas Yıldırımın, Bəxtiyar Bahabzadənin adını daşıyan küçələr var. Azərbaycanın adı burada əbədiləşdirilib, Sara Xatun məscidi var. Bir sözlə, Azərbaycana çox yaxındır Elazığ.

1918-ci ildə Azərbaycanın müxtəlif bölgələrində erməni daşnakları xarici güclərin dəstəyi ilə xalqımıza qarşı soyqırımlar törədəndə Elazığdan da insanlarımız Nuri Paşanın başqanlığında Azərbaycana yardıma gəlib və bu gün Türk şəhidliyimizdə 3 Elazığlı şəhidimiz yatır. Burada Çanaqqlada da yüzlərlə Azərbaycanlı şəhidimiz var. Ona görə mən bələdiyyə başqanından burada bütün xalqın qarşısında müraciət edərək bir xahiş etmək istəyirəm ki, Elazığın ən böyük parklarından birinə Qarabağ adı verilsin, orada şəhidlərimizin üçün qoyulan abidədə Azərbaycanda şəhid olmuş elazığlı şəhidlərimiz, Çanaqqalada şəhid olmuş azərbaycanlılar və Qarabağ şəhidlərimiz haqqında məlumatlar da əks olunsun. Eyni zamanda parkda quraşdırılacaq lövhələrdə Azərbaycan, Qarabağımızla bağlı, Xocalı soyqırımı ilə bağlı məlumatlar yerləşdirilsin ki, bütün Elazığ insanı daha da çox bilgili olsun bu məsələlərdən.
Eyni zamanda burada yeni möhtəşəm Kültür Parkı açılıb. Təklif edirəm ki, onun adı Türk Dünaysı Kültür parkı olsun. Orada modern çadırlar qurulub bir-birinin yanında və onların hər birinə bir Türk dövlət və toplumunun adı verilsin, orada hər bir Türk dövlətinə aid məlumatlar, fotolar, mədəniyyətimizə aid əşyalar nümayiş olunsun. Yanındakı camiyə isə Hoca Əhməd Yəsəvi camisi adı verilsin. Qoy bütün Türk dünyası Elazığda beləcə birləşsin”.

Millət vəkilinin təklifləri hər kəs tərəfindən alqışla qarşılanıb və bələdiyyə başqanı Mücahit Yanılmaz qısa zamada həmin təkliflərin reallaşacağını bildirib.
Q.Paşayeva son günlər qardaş Türkiyədə terror aktları zamanı və ya terrorla mübarizədə həyatını itirənlərə Allahdan rəhmət, ailələrinə səbr diləyib və qeyd edib ki, hər zaman terrorla mübarizədə Azərbaycan qardaş Türkiyənin yanındadır.
Görüşlər zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu vurğulayan Q.Paşayeva qədim  Elazığın da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiyini bildirib. Onun bu təklifi də müsbət qəbul edilib.
Millət vəkili Elazığ valisi Çetin Oktay Kaldırım, bələdiyyə başqanı Mücahit Yanılmaz və millət vəkillərini Azərbaycanda görməkdən məmnun olacaqlarını bildirərək onları ölkəmizə dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul edən Elazığ valisi, bələdiyyə başqanı və millət vəkilləri Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək istədiklərini deyib.
Görüşlər zamanı son günlər bölgədə daha da gərginləşən vəziyyət, Türk dünyasının müxtəlif bölgələrində yaşayan soydaşlarımızın acı və üzüntüləri ətrafında da müzakirələr aparılıb. Q.Paşayeva görüşlərin sonunda onlara Azərbaycan həqiqətlərinə aid və müəllifi olduğu kitabları hədiyyə edib.

Nilufər
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...