“Rusiyanın işğal planı çoxdan hazırlanmışdı"-TƏHLİL

09:25 25-02-2022 | icon 916 | Geopolitika
“Rusiyanın işğal planı çoxdan hazırlanmışdı"-TƏHLİL

“Siyasi krizlər müsbət nəticələnməyəndə silahlar danışır. Artıq sahədə Rusiyanın silahlı qüvvələrinin Ukraynaya müdaxiləsinin şahidi olduq”.

 

 

Versus.az xəbər verir ki, bunu hərbi ekspert Elxan Şıxəliyev Ukrayna-Rusiya müharibəsində hərbi güclərin müqayisəsi və gözləntilərlə bağlı şərhində bildirib.

 

 

Hərbi ekspert bu müharibəni alovlandıran nüanslara diqqət çəkib.

 

“Rusiya NATO-nun Şərqə Doğru Genişlənmə planında ondan “qırmızı xətti” keçib-keçməyəcəyinə dair qarant almaq istəyirdi. Lakin  1 ay davam edən siyasi krizin nəticəsi olaraq Rusiya NATO və Avropa ilə anlaşa bilmədi.

Ukrayna-Rusiya münaqişəsi 2014-cü ildən bəri passiv fazada davam edirdi. Donetsk bölgəsi Rusiyanın hərbi müdaxiləsinə məruz qalandan sonra o bölgələrdə  yaşayan rusəsilli əhalinin öz müstəqilliyi uğrunda addımlar atması ilə münaqişə başlamışdı. Təbii ki, bu da Rusiyanın Luqansk, Donetskin müstəqilliyinin tanınması ilə zirvəyə çatdı”.

 

E.Şıxəliyev qeyd edib ki, hərbi kriz hərbi planlaşmalarla gerçəkləşir.

“Rusiyanın işğal planı çoxdan hazırlanmışdı. Artıq əraziyə, xüsusən Belarus, Ukrayna sərhədlərinə 150 -200 minə yaxın şəxsi heyət və hərbi texnika yeridilmişdi. Buna istinad edərək bütün siyasi kluarlarda müharibənin başlanacağı  deyilirdi.

Heç bir ölkə bu həcmdə hərbi texnikanı və şəxsi heyəti bir ay müddətində təsadüfən sərhəddə yerlədirməz. Bunun arxasında böyük xərclər durur. Ona görə də Ukraynaya müdaxilə olacağı gözlənirdi”.

Hərbi ekspert hesab edir ki, Rusiya-Ukrayna hərbi qüvvələrinin nisbətinə baxanda Rusiya üstündür. Onun fikrincə, NATO, ABŞ və  digər ölkələrin silahlı qüvvələri aktiv şəkildə müharibədə iştirak etməsələr də, texnika, maddi təminat baxımından Ukraynaya dəstək verir. Lakin bu güc nisbətini bərabərləşdirə bilməz.

E.Şıxəliyev hesab edir ki, iki dövlət arasında gücləri müqayisə eləsək, Ukrayna zəifdir.

 

“Müharibələrdə silahlı qüvvələrin böyüklüyünü təmin edən faktor hərbi büdcədir. Ölkənin gücü hərbi büdcə ilə ölçülür.

Ukraynanın hərbi büdcəsi 5,9 milyard olduğu halda, Rusiyanın hərbi büdcəsi 62 milyard 700 milyon civarındadır. Ukraynan hərbi aktiv personalı, şəxsi heyəti 250 min olacağı halda, Rusiya 850 min qoşuna malikdir. Səfərbərlik rezervləri Ukraynada 250 min olduğu halda, Rusiya bunu 600 minə çıxarda bilib.  Ukraynanın tank sayı 2596 olduğu halda, bu Rusiyada 12420 ədəddir. Ümumi zirehli texnikaların sayı Ukraynada 12 min olduğu halda, Rusiyada 30122-ədədə yaxındır.  Döyüş təyyarələri Ukraynada 29 ədəd olduğu halda, Rusiyada 739 ədəddir.  Hərbi döyüş helekopterləri Ukraynada 60 ədəddirsə, Rusiyada 2000 ədəddir. Döyüş gəmiləri Ukraynada yox səviyyəsindədirsə, Rusiyada 80-ə yaxın döyüş gəmiləri mövcuddur. Atom raket başlığı Rusiyada 4 500 civarında olduğu halda, Ukraynada ümumiyyətlə yoxdur. Hələ mən operativ taktiki raketləri demirəm, çünki onların Rusiyada sayı-hesabı yoxdur...

Yəni hərbi güc baxımından Ukraynanın Rusiyanın qarşısında dayana bilməsi  çox çətin olacaq”.

 

Ekspert hesab edir ki, Rusiyanın hərbi  müdaxilə zamanı hansı planları nəzərdə tutduğu da müəyyən edilməlidir.

 

“Təbii ki, Rusiyanın yaxın, uzaq hədəfləri var. Yaxın hədəfləri Donbas Mariopol bölgələrinin sərhədlərinə çıxmaq, sonrakı mərhələdə Dnepr çayının sahillərinə nəzarəti ələ alıb, daha sonra strateji obyektləri götürməkdir. Planda Ukraynanın aviabazalarını,  aeradromlarını, istilik kommunikasiyalarını, beyin mərkəzlərini, əsas silah-sursat  ambarlarının, hərbi birləşmələrin bombalanmasıdır ki, dolayısı ilə bu, Ukraynada mövcud olan hərbi gücü sıfıra endirməkdir.  Eləcə də, siyasi müzakirələr dövründə İngiltərə, Kanada, ABŞ-dan Ukraynaya verilən hərbi-texniki gücün də məhv edilməsi yönündə planlar var. Rusiya müharibənin başlanğıcı və gedişatında müxtəlif səbəblər gətirərək, məsələn, Ukraynanın “nasistlərdən təmizlənməsi” əməliyyatı adı ilə Ukraynanın Polşa, Avropa ilə sərhdələrinə qədər  təmizlənmə əməliyyatı da apara bilər. Sonradan Ukraynanın özünün müəyyən elədiyi idarəçilik vasitələrini saxlayaraq hakimiyyəti loyal olaraq özünə tabe elətdirmək və təhlükəsizliyini təmin etməyə çalışacaq. Yəni Rusiya elə edəcək ki, faktiki olaraq Ukrayna NATO haqqında düşünməsin, NATO genişlənməsin. Müharibənin sonunda isə ümumi bir masaya oturacaqlar”.

 

E.Şıxəliyev hesab edir ki, əslində Rusiyanın müharibəni başlamaqda niyyəti NATO-nu “masaya oturtmaq”dır

 

 “Rusiya təminat istəyəcək ki, NATO 97-ci ildə hansı sərhədlərdə idisə o sərhədlərdə mövcud olsun və Rusiaynın təhlükəsizliyi təmin edilsin”.

 

Hərbi ekspert bildirib ki, müharibələr xəritədə planlaşdırıldığı kimi başlansa da, sahədə fos-major hallar yarana bilər.  

“Biz fos-major halların xalqların döyüş əzmini dəyişdirdiyini  Əfqanıstan  nümunəsində görmüşük.  Müharibənin  gedişatını gözləməli və vəziyyətin Ukrayna, yaxud Rusiyanın lehinə dəyişəcəyini sahədə baş verən proseslərə, siyasi kluarlardakı təkliflərə görə dəyərləndirməli olacağıq”.  (Həftə içi)

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI