Deputat Adil Əliyev Meksikanın ölkəmizdəki səfirinə Xocalıdan danışıb

 

09:40 25-02-2022 | icon 312 | Siyasət
Deputat Adil Əliyev Meksikanın ölkəmizdəki səfirinə Xocalıdan danışıb
 

 Milli Məclisin sədr müavini Adil Əliyev Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini ilə görüşüb.

 

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilib ki, vitse-spiker Azərbaycan-Meksika əlaqələrinin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. Hər iki ölkənin tarixinə, mədəniyyətinə nəzər salan sədr müavini qarşılıqlı əlaqələrin inkişafının xalqlarımızın maraqlarına uyğun olduğunu diqqətə çatdırıb.

 

Hazırda Xocalı soyqırımının 30-cu ildönümünün qeyd olunduğunu bildirən vitse-spiker faciə barədə məlumat verib. Bildirib ki, Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində öz torpaqlarının Ermənistan tərəfindən 30 il ərzində davam edən işğalına son qoysa da, Xocalı soyqırımının günahkarları hələ də cəzalandırılmayıb.

 

Söhbət zamanı vitse-spiker Adil Əliyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasına cavab olaraq  Meksika parlamentinin 2012-ci ildə Xocalı soyqırımını tanıyaraq ədalətli mövqe sərgilədiyinə görə səfirə bir daha minnətdarlığını bildirib, bundan sonra da iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə inkişaf edəcəyinə əminliyini ifadə edib.

Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Rodriqo Labardini səmimi görüşə görə təşəkkür edərək, ölkələrimiz arasında olan münasibətlərin yüksələn xətlə inkişaf etməsini məmnunluqla qeyd edib. 

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin