Tramvay nəqliyyatının təşkili ilə bağlı təkliflər hazırlanacaq

10:16 28-12-2018 | icon 561 | Sosial
Tramvay nəqliyyatının təşkili ilə bağlı təkliflər hazırlanacaq

 

Azərbaycanda 2019-2022-ci illərdə daşımaların nəqliyyat növləri üzrə bölüşdürülməsi və müxtəlif nəqliyyat növlərinin qarşılıqlı əlaqəsinin təmin edilməsi nəzərdə tutulur.

 

Versus.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda deyilir.

 

Qeyd olunur ki, Azərbaycanda avtomobil yollarının istismar müddətinin artırılması və yüklənmə dərəcəsinin azaldılması, daşımaların təhlükəsizliyinin və keyfiyyətinin, ümumilikdə yol hərəkəti təhlükəsizliyinin artırılması və regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, turizmin inkişafı məqsədilə ölkədə həyata keçirilən sərnişin və yük daşımalarının nəqliyyat növləri (avtomobil, dəmir yolu, hava və su nəqliyyatı) arasında optimal bölüşdürülməsi və müxtəlif nəqliyyat növlərinin qarşılıqlı əlaqəsinin təmin edilməsi üçün tədbirlər planı, eləcə də Azərbaycan Respublikasının vahid nəqliyyat strategiyası hazırlanacaq.

 

Bundan başqa, mövcud ictimai nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, habelə şəhərdaxili ictimai nəqliyyat növlərinin sayının artırılması, tramvay, kabotaj sərnişin və yük gəmiçiliyinin təşkili imkanlarının və iqtisadi səmərəliliyinin araşdırılması, bu sahədə təkliflər hazırlanması nəzərdə tutulur.

 

Əsas icraçı qurum Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, digər icraçı qurumlar isə Daxili İşlər Nazirliyi, Bakı Nəqliyyat Agentliyi, “Bakı Metropoliteni” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Hava Yolları” QSC və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əsən Ana əlləri

“İranın bu təhdidləri yeni deyil”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

“Ludus”un təsisçisi Bakıda

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Novxanıda ağır QƏZA

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Qeyri-etik paylaşımlar edən şəxslər HƏBS OLUNDU

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

“Qarabağın Rəngləri”: Qarabağ Dirçəliş Fondunun yeni layihəsi

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

2025-ci ildə Bakıda Avropa çempionatı keçiriləcək

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

“Sovetski”də qədim quyu və tunellər aşkarlandı